“Neftçi” tender elan etdi
01.07.2011 - 09:49
Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Neftçi" klubunun Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası ilə iyulun 19-da keçirəcəyi cavab oyununun başlayacağı vaxt məlum olub. Apasport.az saytının məlumatına görə, Bakıda baş tutacaq qarşılaşma saat 21:00-da başlanacaq.
Bu qarşılaşmanın birbaşa televiziya yayım hüququ ilə əlaqədar "Neftçi" klubu tender elan edir. Bakılılar Çempionlar Liqasındakı ev oyununu translyasiya etmək istəyən teleşirkət klubuna yazılı şəkildə müraciət edə bilər.
Qeyd edək ki, iyulun 13-də Zaqrebdə baş tutacaq ilk oyunun Azərbaycan üçün televiziya hüququnu əldə edən teleşirkət cavab görüşü ilə əlaqədar elan olunan tenderdə "Neftçi" tərəfindən nəzərə alınacaq.

0
0