Qurban Qurbanov: Açığı, belə hesabla qalib gələcəyimizi gözləmirdim
01.07.2011 - 09:56
“Banqa” ilə matç bizim üçün uğurlu olduq. Ancaq düzünə qalsa, 4:0 hesabı qalib gələcəyimizi gözləmirdim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanı Avroliqada təmsil edən Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib. Ölkəmizi ardıcıl 3-cü mövsümdür uğurla təmsil edən “Qarabağ” bu dəfə səfərdə möhtəşəm qələbə ilə başladı. Litvanın “Banqa” klubunu 4:0 hesabı ilə darmadağın edən ağdamlılar bununla iyulun 7-də Bakıdakı cavab görüşünü formallığa çevrildi.
Ancaq belə böyük üstünlük qazanacağını gözləməyən Qurbanov arxayınlaşmağı düzgün saymır: “Banqa” sona kimi mübarizə apardı. Onu deyə bilərəm ki, bizdə bu gün hər şey alındı. Şadam ki, sona kimi oynadıq, 4 qol vurduq, yaxşı ehtiyat qazandıq. Ancaq bu, o demək deyil ki, cavab görüşünə formal baxmalıyıq. Bakıdakı oyuna ciddi hazırlaşacağıq. Bizim yaxşı azarkeşlərimiz var. Onlar bizi Avropada olduğu kimi hər yerdə dəstəkləyirlər”.

0
0