“Londonda ən azından mükafatçılar sırasında yer almağa çalışacağam” - MÜSAHİBƏ
01.07.2011 - 10:14
Taekvondo üzrə London Olimpiya Yay Olimpiya Oyunlarına Azərbaycan milli komandasına ilk vəsiqəni qazandıran Fəridə Əzizovanın (67 kq) apasport.az saytına müsahibəsi
- İlk öncə sizi 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziyaya sahib olmağınız münasibəti ilə təbrik edirik. Bu qələbə haqda təəssüratlarınız necədir?
- Çox əla. Sevincimin həddi-hüdudu yoxdur. Ən əsası, bu uğurun davamını gətirmək üçün hər bir yarışda bütün gücümü ortaya qoyacağam.
- Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya verən dünya təsnifat turnirdə lazımı nəticəni qazanmaq üçün keçirdiyiniz döyüşlərdən hansılar daha çətin oldu?
- Sözün düzü, özümə inamım çox böyük idi. Amma ilk cəhddən bunu gözləmirdim. Buna baxmayaraq, ürəyimi tatamiyə qoydum və lisenziya qazandım. Rəqiblərimə gəlincə, 1/4 final görüşüm çox çətin keçdi. Çünki bu mərhələdə qarşılaşdığım kanadalı Karen Serdjeli Olimpiya Oyunlarının gümüş mükafatçısı, dünya çempionudur. Onunla döyüşə çıxanda da çox həyəcanlı idim. Amma Allaha şükürlər olsun ki, onu məğlub etməyi bacardım. Ardınca isveçli Elin Yohanson üzərində qələbəm asan alınsa da, onun özü də çətin rəqib hesab olunur.
- Amma finalda təcrübəsizliyin qurbanı oldunuz desək, yanılmarıq. Çünki siz cəmi 6 gün öncə 16 yaşınızı tamam etdiyiniz halda, rəqibiniz həm titullarına görə, həm də təcrübəsinə görə sizi qabaqlayır...
- Təbii ki, belədir. Finalda çox istəyirdim qələbə qazanam. Bu mənə Olimpiadada da kömək olacaqdı. Çünki qalib gələcəyim halda 70 reytinq xalı alacaqdım ki, həmin halda da güclü taekvondoçular sırasına daxil olacaqdım. Lakin təəssüf ki, bunu bacarmadım. Rəqibim çox güclü idi. O, məndən 9 yaş böyükdür və təcrübə baxımından məndən çox üstündür. Fikrimcə, döyüşdə də bu onun köməyinə çatdı. Amma gümüş mükafata da şükür edirəm.
- Bəlkə bir neçə saniyə vaxt artıq olsa idi, onu da məğlub edəcəkdiniz. Çünki ilk raundda olduğu kimi, son hissədə də rəqibinizdən çox xal topladınız...
- Son fasiləyə 3 xal geridə yollansam da, axırıncı raundda fərqi minimuma endirdim. Lakin qalib ola bilmədim.
- Bu qələbənizdə sizinlə yanaşı, əziyyəti olanlar da var...
- Müəllimlərimin və federasiya rəhbərliyinin üzərimdə çox böyük əziyyətləri olub. Məşqçilərimiz Qusarda 1 aydır durmadan bizi bu yarışa kökləyirdi. Onlar çox əziyyətlər çəkdilər. Bundan əlavə, mənim hazırlığımda 4 taekvondoçu qız var ki, onların da mənə çox köməkliyi dəyib.
- Siz həm də, adınızı Azərbaycan tarixinə yazdırdınız. Çünki Olimpiya Oyunlarına lisenziya qazanan ilk taekvondoçu qız oldunuz...
- Bu da sevincimi artıran məqamlardandır. Çünki həmişə Olimpiadada Azərbaycan yığması taekvonda yalnız kişilərlə təmsil olunub.
- London-2012 üçün ilk addımınızı atdınız. Növbədə Olimpiya Oyunlarıdır. Burada hansı nəticəni qazanacağınıza söz verirsiniz?
- İnşallah, bundan sonra məşqlərimi daha da intensivləşdirəcəyəm. Çalışacağam məşqləri buraxmayım, hər bir yarışa gedərək təcrübəmi artırım. İndiyə kimi gündə 3-4 dəfə məşq edirdik. Bunun da sayını artıracağıq. İnanıram ki, hər şey yaxşı olacaq. İnşallah, Londonda ən azından mükafatçılar sırasında yer almağa çalışacağam.
Tahir HÜMMƏTOV

0
0