Ramiz Məmmədovla Roberto Karlos arasında fərq böyüyür
01.07.2011 - 11:13
Ramiz Məmmədovla Roberto Karlos arasında fərq böyüyür
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən məhsuldar müdafiəçilərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, cədvəldə yeganə dəyişiklik Roberto Karlosla bağlıdır. Rusiyanın “Anji” klubunun braziliyalı legioneri vurduğu qolların sayını 71-ə çatdırıb. Güclülər dəstəsindəki 642 oyuna bu qədər qol vuran cənubi amerikalı 22-ci pillədədir. Siyahıdakı yeganə təmsilçimiz Ramiz Məmmədov isə Karlosdan 7 qol geri qalır. 285 matça 64 qol vuran həmyerlimiz 34-cü pillədədir.

Qeyd edək ki, siyahıya hollandiyalı Ronald Kuman başçılıq edir. 193 qol vuran hollandiyalı 134 qol vuran argentinalı Daniel Alberto Passarella və 110 dəfə fərqlənən ispaniyalı Fernando İerrodan xeyli öndə qərarlaşıb.