Yığmamız səhər saat 9:45-də oynayacaq
01.07.2011 - 10:21
Yığmamız səhər saat 9:45-də oynayacaq
Almaniyada təlim-məşq toplanışını davam etdirən 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması daha 1 oyun keçirəcək. Apasport.az saytının məlumatına görə, Nikolay Adamın yetirmələri növbəti sınağa sabah – iyulun 2-də çıxacaq. Yığmamız Almaniyanın “Berlin Seleksiya Region” U-16 komandası ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 12:45-də başlayacaq.

Mənbə: affa.az