Daha bir komandamız “Metallurq”u darmadağın etdi
01.07.2011 - 10:49
Bakının “İnter” klubu mövsümlərarası fasilədə ilk yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Kaxaber Sxadadzenin çalışdırdığı komandamız Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında keçirdiyi görüşdə Ukraynanın Premyer Liqa təmsilçisi olan Zaporojye “Metallurq”una böyük hesabla qalib gəlib – 4:0.
"SİRENE DEVRAS" otelin ərazisində yerləşən meydançada baş tutan oyunda "İnter"in əsas heyətində Georgi Lomaya, Arif Daşdəmirov, Valeri Abramidze, Şəhriyar Rəhimov, İlia Kandelaki, Asif Mirili, Bronislav Çervenka (k), Elnur Abdulov, Asif Məmmədov və Girts Karlson çıxıb.
Fasiləyə kimi hesab açılmayıb. Düzdür, rəqib 20-ci dəqiqədə qol vursalar da, baş hakim oyundan kənar vəziyyəti qeydə alaraq, bunu hesaba almayıb. Sxadadze fasilədə 8 futbolçunu əvəzlədi. Onların yerinə meydana Dmitri Kramarenko, Rüstəm Abbasov, Baçana Sxadadze, Samir Zərgərov, Xəyal Mustafayev, Ruslan Poladov, Nizami Hacıyev və Daniel Genov daxil olublar. Bu əvəzetmələr oyunun taleyini həll edib. Artıq 54-cü dəqiqədə Genovun ötürməsindən sonra Hacıyev hesabı açıb. Bundan 11 dəqiqə sonra baxışda olan Rüstəm baş zərbəsi ilə hesabı 2:0 edib. "Metallurq" özünə gəlməmiş qapısında 3-cü top görüb. Bu dəfə ukraynalıları Sxadadzenin oğlu Baçana məyus etdi. Görüşün başa çatmasına 3 dəqiqə qalmış isə "İnter"in yeni transferi olan Zərgərov oyunda nöqtə qoyub.
Qeyd edək ki, “Metallurq” elə İspartada iyunun 21-də keçirdiyi yoxlama oyununda “Neftçi”yə də böyük hesabla uduzmuşdu – 0:3.

0
0