Dünya çempionatının seçmə oyunları ilk dəfə Bakıda
01.07.2011 - 10:46
Dünya çempionatının seçmə oyunları ilk dəfə Bakıda
2012-ci ildə təşkil olunacaq futzal üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının çıxış edəcəyi qrupun oyunları Bakıda keçiriləcək. Apasport.az saytının məlumatına görə, millimizin rəqibləri iyulun 7-də, Bakı vaxtı ilə saat 17:00-da, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək. Seçmə mərhələnin oyunları dekabrın 14-dən 18-dək olan müddətdə keçiriləcək.

Qeyd edək ki, indiyədək 3 dəfə mundialın seçmə mərhələsində çıxış edən futzal yığmamız ilk dəfə rəqiblərini evdə qəbul edəcək.
Mənbə: affa.az