Vüqar Nadirov 5 ulduz arasında
01.07.2011 - 12:10
Vüqar Nadirov 5 ulduz arasında
Avroliqanın I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində 25 qarşılaşma baş tutub. Apasport.az saytının məlumatına görə, keçirilən görüşlərdə üst-üstə 70 qol vurulub. Orta məhsuldarlığın 3-ə yaxın (2,80) olmasına baxmayaraq heç bur futbolçu het-trikə imza atmayıb. Bu isə o deməkdir ki, ilk oyun günündə dubl müəllifi olan futbolçular bombardirlər siyahısına başçılıq edirlər. Belələrinin sayı isə 5-dir.

Avroliqanın bombardirlər siyahısına 2 qolla başçılıq edən oyunçular sırasında Azərbaycan təmsilçisi də var. Bu, “Qarabağ”ın hücumçusu Vüqar Nadirovdur. Litva “Banqa”sı ilə səfər matçında 2 qol vuran həmyerlimiz 2 skandinaviyalı və 2 sabiq yuqoslaviyalı ilə şərikli liderlik edir.

Avroliqanın bombardirləri

David Elm (Elfsborq, İveç) - 2
Maqnus Andersen (Tromse, Norveç) - 2
Marko Stanojeviç (Rad, Serbiya) – 2
Nikola Şafariç (Varajdin, Xorvatiya) - 2
Vüqar Nadirov (Qarabağ, Azərbaycan) - 2