Mehmet Alispahiç: Mən “Neftçi”ni tanımıram
03.07.2011 - 17:15
“Mən “Neftçi”ni tanımıram. Lakin komandamızda belə söhbətlər gəzir ki, rəqibimizin heyətində braziliyalılar və bir sıra yaxşı oyunçular var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiyanın “Dinamo” klubunun futbolçusu Mehmet Alispahiç deyib.
Zaqreb təmsilçisinin yeni transferi Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibləri Bakının “Neftçi” klubu haqda fikirlərini açıqlayıb: “Aydındır ki, onlarla oyunumuz asan olmayacaq. Zəif rəqiblərlə qarşılaşmalarda sərf etdiyimizdən daha çox əziyyət çəkməli olacağıq. Digər tərəfdən məqsədimi məlumdur: qələbədən başqa heç nə haqda düşünmürük. Yəqin ki, “Neftçi” ilə oyunda azarkeşlərimiz tribunanı dolduracaq. Biz onları məyus etməyəcəyik”.

0
0