“Sivasspor”un futbolçusu “Bakı” ilə müqavilə imzaladı
03.07.2011 - 18:32
“Bakı” klubu daha bir transfer reallaşdırıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi latviyalı futbolçu Denis İvanovla 2 illik müqavilə imzalayıb. Latviya milli komandasının şərəfini qoruyan İvanov Türkiyənin “Sivasspor” klubundan transfer olunub.
Denis 1984-cü il noyabrın 11-də Liepayada (Latviya) anadan olub. 27 yaşlı mərkəz müdafiəçisinin boyu boyu 184 sm təşkil edir. Denis peşəkar futbol karyerasına 2001-ci ildə “Metallurq” Liepaya klubunda başlayıb. 2010-cu ildə Cənubi Afrika Respublikasının “Ayaks Keyptaun” (Ajax Cape Town) klubunun heyətində çıxış edib. Son mövsümü Türkiyə superliqasının “Sivasspor” klubunda keçirən İvanovs 17 rəsmi oyunda meydana çıxıb.
Denis İvanov Latviya milli komandasında 41 oyun keçirib, 2 qola imza atıb.
Mənbə: fcbaku.com

0
0