“Real”ın məşqçisi Vaqif Cavadova hazırlıq keçəcək
03.07.2011 - 21:11
“Real”ın məşqçisi Vaqif Cavadova hazırlıq keçəcək
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun yeni müqavilə imzaladığı Rusiyanın “Volqa” klubu güclənmək yönündə növbəti addım atıb. Apasport.az saytının məlumatına görə, Nijni Novqorod təmsilçisi 2 ispaniyalı məşqçi ilə müqavilə imzalayıb. Bunlar Xulian Kalero və Roberto Ovexerodur. Onlar Avstriyadakı təlim-məşq toplanışında komandaya qoşulacaqlar.

Kalero Madridin “Real” klubunun uşaq komandasında çalışmaqla tanınıb. O, “Rayo Vallekano”da 2-ci, “Aqrupasyon”da əsas məşqçi olub. Fiziki hazırlıq üzrə çalışdırıcı olan Ovexero isə Madrid “Atletiko”sunda içləyib.