Bunu ancaq “Neftçi” edə bilərdi...
03.07.2011 - 23:52
Bunu ancaq “Neftçi” edə bilərdi...
Bəli Tahir bəy, bunu ancaq “Neftçi” edə bilər, canlı yayımın olacağını söz verib, sözün arxasında qalmamağı, bu ölkədə hamını ələ salmağı, böyük-böyük danışmaqla digərlərini kiçiltməyə cəhd etməyi ancaq “Neftçi” edə bilər. Yəqin ki, informasiya vasitələrində Tahir Süleymanovun bu dediklərini minlərlə insan izləyib: “Böyük klub kimi formalaşmaq o deməkdi ki, azarkeşlərimiz istənilən yerdə – KİV vasitəsilə də komandalarının oyunlarını izləyə bilsinlər. Bunu ancaq “Neftçi” kimi böyük klublar edə bilər”.

Bəli, bunu ancaq və ancaq “Neftçi” edə bilər, çünki başqa klublar azarkeşlərini və cəmiyyəti “Neftçi” qədər aldatmır. Elə 2009-cu ilin dekabrın 5-də Tovuzda baş verən biabırçılığı da ancaq “Neftçi” edə bilərdi…

Son mövsümdəki çempionluğa hansı yollarla getdiyinizi də unutmayın, Tahir bəy… Əfqan Həmzəyevin fədakarlığını necə, onu da danacaqsınız? Oyun alqı-satqılarına “Neftçi” qədər qol qoyan başqa klubumuz varmı?
Bir də gördün qardaş Türkiyədə baş alıb gedən həbslər Azərbaycanda da başladı. “Fənərbaxça” klubu ətrafında olanların ölkəmizdə nə vaxtsa təkrarlanacağına inanırsınızmı Tahir bəy?

İddialı danışıqlarınızla buna inanmadığınızı və qorxmadığınızı göstərməyə çalışırsınız. Amma qorxmağa dəyər, artıq başlayır, qorxun Tahir Süleymanov!

12cioyuncu