Arif Əsədov: Bunun məntiqi nəticəsi kimi qol vurub, qələbə qazandıq
04.07.2011 - 10:07
Arif Əsədov: Bunun məntiqi nəticəsi kimi qol vurub, qələbə qazandıq
"İlk növbədə qeyd etməliyəm ki, iki gun ardıcıl oyun keçirmişik. Buna görə də birinci hissədə əsasən gənc oyunçulara şans verdik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin baş məşqçisi Arif Əsədov Rumıniya "Timişoara"sı ilə yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib. Ölkəmizi Çempionlar Liqasında olan komandamız Avstriyada təlim-məşq toplanışında ilk qələbəsini Rumıniya vitse-çempionu üzərində qazanıb – 1:0.

Əsədov qələbəni məntiqə uyğun sayır: “Oyunun ikinci hissəsində isə əsas heyət meydana daxil oldu. Buna görə də ilk yarıda iki təhlükəli vəziyyət yaratdıqsa, ikinci hissədə daha çox qol şansı əldə etdik. Bunun məntiqi nəticəsi kimi qol vurub, qələbə qazandıq. Bütün futbolçulara təşəkkürümü bildirirəm. Rəqib komanda da xoşuma gəldi. Ümumiyyətlə, maraqlı oyunun şahidi olduq".

Qeyd edək ki, “Neftçi” Avstriyada ilk yoxlama oyununda Albaniyanın “Skenderbu” ilə görüşdə də hesabı açsa, sonradan buraxdığı qələbəni əldən verdi – 1:1.