Vaqif Qasımov: Mən Ağasəlim Mircavadovla işləyə bilmərəm
07.07.2011 - 23:57
“Nazim Süleymanov istefa verməsi haqda mənə yox, sizə açıqlama verib. Gedəni saxlamazlar”. Bu sözləri apasport.az saytının Minskə ezam olunan əməkdaşına AZAL klubunun prezidenti Vaqif Qasımov deyib.
Avropa Liqasının I təsnifat mərhələsində Belarus təmsilçisi “Minsk”lə qarşılaşan AZAL iki oyunun nəticəsinə görə mübarizəni dayandırmalı oldu. Səfərdəki 1:2 hesablı məğlubiyyətdən sonra baş məşqçi Nazim Süleymanov istefa verdiyini açıqladı. Amma klub rəhbəri bundan xəbərsiz olduğunu bildirib: “Komandamızın mübarizəni dayandırmasında əsas günahkar Süleymanovdur. Çünki heyəti baş məşqçi müəyyənləşdirir. Yeni baş məşqçiyə gəlincə, çox güman yerli mütəxəssis olacaq. Amma mən Ağasəlim Mircavadovla işləyə bilmərəm, Yunis Hüseynov isə mənim siyahımda yoxdur”.

- "Fənərbaxça" Emre Belözoğlu ilə danışıqlara başladı - YENİLƏNİB
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki
0
0