“Qarabağ” “Neftçi”nin rekordunu təkrarladı
08.07.2011 - 10:00
“Qarabağ” “Neftçi”nin rekordunu təkrarladı
Avroliqanın I təsnifat mərhələsində Litvanın “Banqa” klubunu hər 2 oyunda məğlub edən “Qarabağ” üçün cavab oyunundakı qələbə xüsusi əhəmiyyət kəsb edib. Apasport.az saytının hesablamalarına görə, Bakıdakı 3:0 hesablı qələbə Ağdam təmsilçisinin tarixinə avrokuboklardakı yubiley oyun və yubiley qələbə kimi düşüb.

Belə ki, 30-cu oyununa çıxmaqla elə “Qarabağ”ın özünə məxsus olan Azərbaycan rekordunu yeniləyən Qurban Qurbanovun yetirmələri 10-cu dəfə meydanı qalib kimi tərk edib. Qitə arenasındakı görüşlərin 1/3-də sevinən “Qarabağ” qələbə sayında “Neftçi”nin Azərbaycan rekordunu təkrarlayıb. Lakin bakılılar 10 qələbəni daha az – 28 matçda əldə edib.

Heç-heçələri daha çox olan “Qarabağ” xal hesabında da (istər qələbəyə görə 3, istər 2 xal prinsipi olsun) artıq “Neftçi”dən öndədir. Lakin mümkün olan xalların qazanılmasına görə, “ağ-qaralar” 0,5 faiz fərqlə də olsa hamıdan yaxşıdır.

Azərbaycanın Avrokuboklardakı 2 ən yaxşı komandası

Klub
O
Q
H
M
TOP
T/F
X
FAİZLƏ
Neftçi
28
10
4
14
23-49
–26
34
40,5
Qarabağ
30
10
6
14
29-53
–24
36
40,0