Vaqif Cavadov Rusiyanın “Volqa” klubunda debüt etdi
08.07.2011 - 10:08
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun yeni transfer olunduğu Rusiyanın “Volqa” klubu Avstriyadakı təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Nijni Novqorod təmsilçisi Danimarkanın “Kopenhagen” klubu ilə qarşılaşıb. Rusiyalılar bu matçda bütün futbolçulara, o cümlədən yeni transferlərə və baxışa gələnlərə də şans verib. Komandanın düşərgəsinə oyun günü çatan həmyerlimiz 75-ci dəqiqədə meydana daxil olub. Vatsadzeni əvəzləyən Cavadov komandasını 1:0 hesablı məğlubiyyətdən xilas edə bilməyib.
- "Fənərbaxça" Emre Belözoğlu ilə danışıqlara başladı - YENİLƏNİB
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki
0
0