Ağayevin komandasından növbəti darmadağın
08.07.2011 - 10:32
Futbol üzrə Rusiya çempionatının II divizionunda növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Ağayevin baş məşqçi əvəzi olduğu “Daqdizel” klubu Cənub zonasında 11-ci turun iştirakçısı olub. Həmyerlimizin komandası öz meydanında “Alaniya”nın əvəzedici komandası ilə görüşüb. Ağayev bu qarşılaşmada 3:0 hesabına sevinib.
Qeyd edək ki, 4-cü turdan sonra baş məşqçi əvəzi təyin olunan Ağayevin postuna Rusiya mətbuatı fərqli yanaşır. Bəzi mənbələr həmyerlimizi hələ də baş məşqçi əvəzi kimi göstərirsə, bəziləri yeni baş məşqçinin gəldiyini iddia edir.

0
0