Rusiyalılar Azərbaycan milli komandasının hücumçusundan razı qaldı
08.07.2011 - 11:01
Rusiyanın “Volqa” klubunda çıxış edən Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun debütü uğurlu alınıb. Apasport.az saytının məlumatına görə, Asvtriyadakı təlim-məşq toplanışı çərçivəsində keçirilən Danimarka “Kopenhagen”i ilə yoldaşlıq oyununda 22 yaşlı hücumçu xoş təsir bağışlayıb. “Volqa”nın rəsmi saytı da həmyerlimizin oyununa xüsusi diqqət ayırıb: Oyunun sonuna 15 dəqiqə qalmış 3 futbolçumuz meydana çıxdı ki, onlardan ikisi danimarkalıların qapısı ağzında qol imkanı yaratdı. O, rəqibini çox asanlıqla aldadıb komanda yoldaşına ötürmə etdi. Lakin Xocavanın qapıçı ilə üz-üzə qoyduğu Axmetoviç bu imkanı dəyərləndirə bilmədi.
Qeyd edək ki, “Volqa” “Kopenhagen”ə 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, “Volqa” “Kopenhagen”ə 0:1 hesabı ilə uduzub.
- "Fənərbaxça" Emre Belözoğlu ilə danışıqlara başladı - YENİLƏNİB
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki
0
0