Minskdə məğlub olan AZAL Avroliqada ilkə imza atdı
08.07.2011 - 16:01
Avroliqanın I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Minsk” (Belarus) – AZAL (Azərbaycan) qarşılaşmasında təmsilçimizin hesabına ayzılan qolu da meydan sahibləri vurub. Apasport.az saytının məlumatına görə, bakılıların 1:2 hesabı ilə uduzduğu görüşdə Zohair Benouahi qol sevinci yaşasa da həmin topu mərakeşlinin özü vurmayıb. UEFA həmin topu “Minsk”in müdafiəçisi Aleksandr Saçivkonun ayağına yazıb. Bu avtoqol isə Azərbaycan klublarının qitə kubokları tarixində 3-cü belə haldır. İndiyədək yalnız 2 dəfə əcnbilər bizimkilərə qol sevinci bağışlamışdı.
2004/05 mövsümündə Avstriyanın “Kazino” klubunun müdafiəçisi Patrik Pirxer “Xəzər Universiteti” ilə oyunda qapıları səhv salmışdı. Növbəti belə hadisə də İntertoto kubokuna təsadüf edib. 2007/08 mövsümündə Moldovanın “Daçiya” klubunun üzvü Maksim Andronik “Bakı”ya sevinc bəxş edib.
Əvvəlki 2 avtoqola İntertoto kubokunda sevindiyimizi nəzərə alsaq AZAL Avropa Liqasında rəqibin öz qapısına vurmasına sevinən ilk klubumuz oldu. Lakin bu qol mərhələ keçməyə kifayət etmədi.

0
0