Tuyqun Nadirov: Mənə də maraqlıdır, bu pullar kimə ödənilib?
08.07.2011 - 14:51
Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində İsrailin “Makkabi” klubu ilə oyunlara hazırlaşan “Xəzər Lənkəran” Avstriyadakı toplanışını başa vurmaq üzrədir. Artıq 20 gündür Fulpmes şəhərciyində məskunlaşmış “ağ-yaşıllar”ın hazırlığını izləmək üçün klubun vitse-prezidenti Tuyqun Nadirov da Avstriyaya baş çəkib. O, apasport.az saytına verdiyi müsahibədə komandanın hazırlığı və düşərgədə baş verən yeniliklər barədə danışıb.
- Bildiyiniz kimi, komanda iyunun 20-dən Fulpmesdə toplanışa başlayıb. Qarşıya qoyulan məqsədə nail olmaq üçün heyətə yeni futbolçular cəlb olunub. Onların arasında baxışa gələnlər, eləcə də məşqçilər korpusunun son 6 ayda başqa klublarda forma geyinən adlı-sanlı, perspektivli futbolçular da var. Yəni, komanda rəhbərliyi və məşqçilər korpusu “Makkabi” ilə görüşlərə daha yaxşı hazırlaşmaq üçün əlindən gələni edib. Komandaya yeni fiziki-hazırlıq üzrə məşqçi cəlb olunub ki, bu, hamımızın yaxşı tanıdığı italiyalı mütəxəssis Covanni Melkiorredir. Bu da ona hesablanıb ki, “Xəzər Lənkəran” Azərbaycan futbolunda yeni dönəmin startını versin.
- Komanda toplanış ərəfəsində olarkən Uinston Parksın “Bakı”ya keçməsi böyük-əks səda doğurdu. Kosta-rikalı hücumçunun getməsinin gerçək səbəbi nə idi?
- Bu məsələ ilə bağlı cürbəcür iddialar səslənir, amma belə deyil. “Timişoara” klubu vaxtlı-vaxtında maaş verə bilmədiyinə görə, Parks avtomatik azad futbolçu idi. Yəni, biz onunla müqavilə bağlayanda, Parks sərbəst futbolçu idi. Nə onu icarəyə götürmüşük, nə də onun komandası ilə əlaqəyə girmişik. Dediyim odur ki, Uinston “Xəzər Lənkəran”a sərbəst futbolçu qismində gəlmişdi. Həmin vaxt 1 illik müqavilə bağladıq və belə razılığımız oldu ki, anlaşma başa çatandan sonra yenidən müqavilə bağlayaq. Təbii ki, Parks buna razılıq vermişdi. Onun “Bakı”ya keçidində bir məqama toxunmaq istəyirəm. Eşitmişəm ki, Parksın transferi üçün “Timişoara” klubuna pul ödənilib. Amma bir neçə futbolçunun maaşını gecikdirdiyinə görə, UEFA tərəfindən həmin kluba lisenziya verilməyib. Ümumiyyətlə, sərbəst futbolçu olduğu üçün Parksı hansısa klubdan almağa ehtiyac yoxdur. Mənim üçün də maraqlıdır ki, bu pullar hara, kimə ödənilib?
- Belə çıxır ki, Parksın alınması üçün kimlərinsə cibinə əlavə pul gedib...
- Bilmirəm, ödənilib ya yox. Amma ödənilibsə, havayı ödənilib.
- Yəni Parks sərbəst futbolçu olduğuna görə...
- Bəli. Birincisi, Parks azad futbolçu idi. Düzdü, onun “Timişoara” ilə müqaviləsi olub, həmin anlaşmanın son müddəti 2012-ci ilin iyun ayıdır. Ancaq həmin müqaviləyə vaxtından əvvəl xitam verilib. FİFA-nın qaydası var, əgər klub 3 ay futbolçuya maaş verə bilmirsə, həmin futbolçu avtomatik azad agentə çevrilir. Dediyim odur ki, aparıcı klublarımızın hamısında olmasa da, bəzilərində klub rəsmiləri rəhbərliyi və sponsorlarını aldadırlar.
- Sözlərinizdən belə başa düşdük ki, Parksın “Bakı”ya keçidində onun menecerləri daha çox qazandı...
- Bəli, həmin keçidə vasitəçilik edənlər daha çox qazandı, nəinki “Bakı” və Parks. Eşitdiyimə görə, yerli və əcnəbi menecerlərə pul ödənilib. Yenə deyirəm, bu keçiddə nə “Bakı” udub, nə futbolçu, nə də “Xəzər Lənkəran”. Bilirsiz, komandamız Avropa Liqasında mübarizə aparacaq. Hər bir futbolçu istər ki, adı UEFA-nın iştirak ərizəsində olsun. Sizcə, futbolçu avrokuboklara qatılmayan komandaya gedirsə, bu hansı anlama gəlir? Biz heç vaxt hansısa klubda oynayan futbolçunu pulla şirnikləndirib komandamıza gətirməmişik. Nəyə görə? Çünki hər futbolçunu xaricdən dəvət etməmişdən öncə əziyyət çəkib axtarır, mütəmadi olaraq nümayəndələrimizi həmin futbolçunun oyunlarını izləməyə yollayırıq. Yəni, bunun üçün böyük bir iş görülür. “Xəzər Lənkəran”ın zəhməti idi ki, Parks gəlib Azərbaycan çempionatında oynadı. Digər tərəfdən sevindirici haldır ki, bizim cəlb etdiyimiz legionerlər, yerli futbolçularımız həmişə digər klubların maraq dairəsində olub. Bilirsiz, əvvəllər klublar vardı ki, qaradərili futbolçulara milli pasport düzəldib, vətəndaşlıq verirdilər. Düzdü, biz telorant ölkədə yaşayırıq, hamının hüququ var. Amma, Azərbaycan haqda anlayışı olmayan birisinə, cəmi 1 aydı ölkəmizə gələn əcnəbiyə vətəndaşlıq vermək bizim klubun siyasətinə yaddı. İndiyədək heç bir futbolçunu milliləşdirməmişik. Ümumiyyətlə, “Xəzər Lənkəran” hansısa klubda oynayan legionerə göz dikməyib.
- Parksın komandada müəyyən problemlər yaratdığı barədə məlumatlar nə dərəcə doğrudur?
- Bilirsiniz, o deyirdi ki, əgər komanda oyunu Bakıda keçirəcəksə, elə paytaxtda hazırlaşmaq lazımdı. Yəni komanda Bakı oyunları öncəsi Bakıda, ev oyunları öncəsi Lənkəranda hazırlaşsın. Bunlar bizim komandanın prinsiplərinə ziddir. Kollektivdə belə şey olmaz, bu, qeyri-peşəkarlıqdı. Komandamız futbolçulara hər bir şərait yaradıb. Hətta uşaqlarının məktəbə getməsinə də. Ümumiyyətlə, onun gedişini faciəyə döndərmək lazım deyil, bizə Parks kimi çox futbolçu gəlib-gedəcək.
- İndiyədək Valeri Abramidze və Yakuba Bamba istisna olmaqla, klublarımızda olan legionerlər “Xəzər Lənkəran”a keçməyib. Bu, nə ilə əlaqədardı?
- Niyə ki, dəvət etmişik. Amma biz həmin futbolçuları pulla şirnikləndirməmişik. Bu gün Avropada maliyyə böhranı hökm sürür. Misal üçün, İspaniya çempionatında bəzi klubların sponsorları müflisləşib. Əvvəllər milyon dollar alan futbolçu var ki, indi qat-qat az məbləğə - 15-20 min dollara oynayırlar. Niyə həmin futbolçu gəlib Azərbaycanda 500 min dollar almalıdır? Təəssüflər ki, əksər klublarımız legioneri real qiymətindən çox baha transfer edirlər. Amma biz buna heç vaxt yol vermərik. Komandamızda, istər yerli, istərsə də əcnəbi futbolçuya layiq olduğu pul verilir. Hətta elə futbolçu olub ki, sərgilədiyi futbolla daha çox maaş almağa layiq olduğunu sübut edib. Digər tərəfdən, “Xəzər Lənkəran” futbolçularının məvacibini gizlətmir. Futbolçularının real maaşlarını federasiyaya təqdim etdiyi müqavilədə konkret göstərir. Yəni, futbolçuya 5 min dollar verib, 500 dollar göstərmir. Bu da önəmli məsələdir. Ona görə də, komandamız hansısa futbolçu ilə FİFA-da problemlə üzləşibsə, 99 faizində qalib gəlib. Bizdə futbolçuya münasibət onu aldatmaq xarakteri daşımır. İndiyədək hansısa futbolçu deyə bilməz ki, mənim maaşımı gecikdirdilər, və ya vermədilər.
- Rumıniyalı futbolçu Adrian Pits komandadan niyə getmişdi, niyə qayıtdı? Eləcə də, 2-3 günlük Buxarest “Dinamo”suna yollanan Manuel Skarlatake düşərgəyə qayıtmadı. Nə baş verir?
- Pitsin komandası yox idi. O da Parks kimi azad futbolçu idi. Dekabrın 31-dək müqaviləmiz var. Müqavilədə belə bir bənd vardı ki, 6 ay sonra oyunları bəyənilsə, komandada qalacaqlar, bəyənilməsə heç bir təzminat ödənilmədən başqa kluba keçə bilərlər. Pitsin meneceri ilə bir-birimizi yaxşı başa düşə bilmədik. Belə ki, qışda bağlanılan müqavilənin şərtlərinə riayət edə bilmədilər. Bu səbəbdən də biz ali futbol qurumu FİFA-ya müraciət etdik. Öz hüquqlarımızı qorumağı bacarırıq və heç kimə imkan vermərik ki, bizim hüquqlarımızı pozsun.
- Bəs Skarlatake?
- Onun “Dinamo” ilə problemləri var idi. Bizdən 2-3 günlük icazə alıb Buxarestə yollansa da, təyin etdiyimiz vaxt geri qayıtmadı. Əvəzində “Dinamo”nun heyətində yoldaşlıq oyunlarında meydana çıxıb. Mişel Platini UEFA prezidenti seçiləndən sonra transfer məsələlərinə çox ciddi yanaşırlar. Futbolçunun bir ölkədən başqa ölkəyə transferində yeni sistem var, ali futbol qurumlarının birbaşa vasitəçiliyi ilə həyata keçirilir. Skarlatakenin transfer vərəqəsi Azərbaycanda, AFFA-dadır. Faktiki olaraq, o, bu gün müqavilənin şərtlərini yerinə yetirmir. Pits məsələsində olduğu kimi, “Xəzər Lənkəran” bu məsələdə də hüququnu qoruyacaq.
- Tosin Dosunmu ilə müqavilə bağlansa da, nigeriyalı futbolçu sonda komandadan kənarlaşdırıldı. Bu nə ilə əlaqədardır?
- “Xəzər Lənkəran” bütün futbolçularla ilkin müqavilə bağlayır. Bu da ona görədir ki, əgər futbolçu hazırlıq çərçivəsində, keçirdiyi yoxlama oyunlarında zədə alarsa, bütün xərclərini biz ödəməliyik. Dosunmu heyətə uyğun olmadığı üçün komandadan kənarlaşdırıldı və bu barədə də ilkin müqavilədə bənd vardı.
- “Makkabi” ilə oyunların nəticəsi baş məşqçi Mirça Rednikin komandadakı gələcək taleyinə təsir edə bilərmi?
- Bizim Redniklə 2012-ci ilin mayınadək müqaviləmiz var. Ümumiyyətlə, onun komandadan gedişi müzakirə mövzusu deyil.

0
0