Nazim Süleymanov üçün 64 xanalı oyun yubileylə bitdi
08.07.2011 - 16:45
Azərbaycan milli komandasının tarixinə ilk kapitan kimi düşən Nazim Süleymanovun AZAL-ın baş məşqçisi postundakı karyerası başa çatıb. Apasport.az saytının məlumatına görə, Avroliqanın I təsnifat mərhələsinin “Minsk”lə Belarusdakı səfər oyunu mütəxəssis üçün bu postda son qarşılaşma olub. Komandasının 1:2 hesablı məğlubiyyətindən sonra Süleymanov postundan ayrılmağa qərar verib. Çünki ilk oyundakı 1:1-dən sonra bu məğlubiyyət komandasının mübarizəni dayandırmasına səbəb olub. Özü də həlledici kimi 1 qol rol oynayıb. Bu qol isə Süleymanov üçün əlamətdar qoldur. Denis Saçeko hesabı 2:0-a çatdırdığı vaxtda AZAL-ın Süleymanovun rəhbərliyi dövründə buraxdığı sonuncu, həm də yubiley 50-ci qolu vurub.
2009-cu ilin noyabrında AZAL-ın baş məşqçisi təyin olunan Süleymanov il yarımdan artıq müddətdə komandasını 64 oyuna çıxarıb. Bu görüşlərdə 23 qələbə və 23 heç-heçə görən çalışdırıcı 18-ci dəfə uduzmaqla postunu tərk etdi. 50 qolun buraxılmasını görən Süleymanovun yetirmələri 67 dəfə rəqib qapısına yol tapıb.
Nazim Süleymanovun AZAL karyerası

2009/10 | Azərbaycan Premyer Liqası | 21 | 8 | 7 | 6 | 22 | 13 | 31 |
|---|---|---|---|---|---|---|---|---|
NBC Bank Azərbaycan kuboku | 4 | 0 | 3 | 1 | 2 | 3 | 3 | |
2010/11 | Azərbaycan Premyer Liqası | 32 | 13 | 10 | 9 | 36 | 28 | 49 |
NBC Bank Azərbaycan kuboku | 5 | 2 | 2 | 1 | 5 | 3 | 8 | |
2011/12 | Avroliqa | 2 | 0 | 1 | 1 | 2 | 3 | 1 |
Cəmi | Avrokuboklar | 2 | 0 | 1 | 1 | 2 | 3 | 1 |
Azərbaycan Premyer Liqası | 53 | 21 | 17 | 15 | 58 | 41 | 80 | |
NBC Bank Azərbaycan kuboku | 9 | 2 | 5 | 2 | 7 | 6 | 11 | |
YEKUN | 64 | 23 | 23 | 18 | 67 | 50 | 92 |
0
0