“Azərbaycanın çox güclü klubunda aldığım təklif daha üstün görünür”
08.07.2011 - 17:14
“Bir çox klublarla danışıqlar aparıram. Onlar arasında Azərbaycanın çox güclü klubunda aldığım təklif daha üstün görünür”. Apasport.az saytının məlumatına görə, bu sözləri Kabo-Verde milli komandasının futbolçusu Nelson Veyqa deyib.
Portuqaliyanın II dəstəsində çıxış edən “Aves” klubunun 33 yaşlı müdafiəçisi adını açıqlamadığı Azərbaycan klubuna keçməyə hazırdır: “Çalışıram ki, həmişə formada olum. Tezliklə hansı kluba keçəcəyimlə bağlı qərar verəcəyəm. Çünki bu məsələni yubatmaq fikrində deyiləm”.
Qeyd edək ki, Veyqa Avesə qədər Portuqaliyada “Eştoril”. “Setubal”, “Naval”, Kiprdə “Omoniya” və AEK-in şərəfini qoruyub.

- "Fənərbaxça" Emre Belözoğlu ilə danışıqlara başladı - YENİLƏNİB
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki
0
0