Vaqif Sadıqovun yanına azərbaycanlı futbolçu gəlir
09.07.2011 - 09:36
Azərbaycanlı Vaqif Sadıqovun məşqçisi olduğu Rusiyanın “Anji” klubu növbəti transferini reallaşdırmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, Mahaçqala təmsilçisi əslən Azərbaycandan olan Aleksandr Əliyevi almağı planlaşdırır. Ancaq Kiyev “Dinamo”sunun və Ukrayna milli komandasının 26 yaşlı yarımmüdafiəçisinin birdəfəlik transferi baş tutmaya da bilər. Məsələ ondadır ki, “Dinamo”nun baş məşqçisi Yuri Syomin Aleksandrın satışının əleyhinədir. O, soydaşımızla yarım il öncə Moskva “Lokomotiv”indən Kiyevə qayıdıb. Syomin “Anji” ilə futbolçusunun yalnız yarım illik icarəsini müzakirə edə bilər.
- "Fənərbaxça" Emre Belözoğlu ilə danışıqlara başladı - YENİLƏNİB
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki
0
0