Dünya çempionu “Mançester Siti”ni “Qəbələ”dən üstün tutdu
09.07.2011 - 10:08
Dünya çempionu “Mançester Siti”ni “Qəbələ”dən üstün tutdu
Məşhur fransalı futbol Patrik Vieyra gələcək taleyini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, 35 yaşında futbolçu karyerasını bitirən yarımmüdafiəçi ötən mövsümü keçirdiyi İngiltərənin “Mançester Siti” klubunda qalmağı üstün tutub. Vieyra komandanın məşqçilər korpusunda yer alır. Onu şəxsən italiyalı baş məşqçi Roberto Mançini dəvət edib. O, Patriki “İnter”də rəhbərliyi altında oyandığı dövrdən yaxşı tanıyaraq, sonradan “Mançester Siti”yə dəvət etmişdi.

Vieyranın uzun illər “Arsenal”da baş məşqçisi olduğu, kapitanlıq sarğısını etibar etdiyi Arsen Venger də başçılıq etdiyi korpusunda görmək istəyirdi. Ancaq həmyerlisinin dəvətini qəbul etməyən futbolçu klubunda qalmağı üstün tutub.

Qeyd edək ki, Fransa yığmasının heyətində dünya və Avropa çempionu olan Patrikin ötən mövsüm bitəndən sonra “Qəbələ”nin məşqçilər korpusunda yer almaq variantı da vardı. Komandamızın ingilis baş məşqçisi Toni Adams “Arsenal”da uzun müddət komanda yoldaşı olduğu fransalıya bunu təklif etmişdi. Ancaq Vieyra “Arsenal” çalışdırıcı kimi, sabiq kapitanının da dəvətini müsbət cavablamadı.