“Tvente”nin stadionu daha bir insanın həyatına son qoydu
09.07.2011 - 10:46
Hollandiyanın “Tvente” klubunun stadionunun damının uçması nəticəsində xəsarət alan azarkeşlərdən daha biri dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, “Qrols Veste” arenasında baş verənlərdən zərər çəkən şəxs Enshede şəhər xəstəxanasında vəfat edib. Bu, Oldenzaal şəhərinin adə açıqlanmayan 24 yaşlı sakini olub. Bununla da faciədə həlak olanların sayı 2-yə çatıb. İyulun 7-də stadionun tribunalarından biri deformasiya nəticəsində aşıb. Nəticədə 16 nəfər dağınıq altında olub.
Qeyd edək ki, “Tvente” milli komandamızın hücumçusu Vaqif Cavadovun son klubudur. Ötən ilin qışında bu komandaya keçən, ancaq rəsmi debüt edə bilməyən 22 yaşlı futbolçumuz yaxında müqaviləsini pozaraq, Rusiyanın “Volqa” klubuna keçdi.

- "Fənərbaxça" Emre Belözoğlu ilə danışıqlara başladı - YENİLƏNİB
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki
0
0