“Min dəfə dedim ki, get müqaviləyə qol çək” – MÜSAHİBƏ
09.07.2011 - 11:33
Avroliqada mübarizəni dayandıran Bakının AZAL klubunun prezidenti Vaqif Qasımov Belarusa ezam olunmuş azərbaycanlı jurnalistlərə müsahibə verib. Apasport.az saytının Minskə ezam olunmuş əməkdaşının bir sıra suallarını cavablandıran Qasımov maraqlı açıqlamaları ilə diqqət çəkib. Onunla söhbətimizin əsas mövzusu I təsnifat mərhələsində “Minsk”lə səfərdəki məğlubiyyətdən sonra baş məşqçisi Nazim Süleymanovun istefası və komandasının uğursuzluğu ilə bağlı olub.
- Baş məşqçiniz Nazim Süleymanov “Minsk”lə oyundan dərhal sonra elə mətbuat konfransında istefa verdiyini açıqladı...
- Mən paltardəyişmə otağına girərək, ona sözümü dedim.
- Nə dediniz?
- Mən Süleymanova istefa ilə bağlı bir şey demədim. Ona heyətdəki dəyişikliklərlə bağlı narazılığımı çatdırdım. Niyə vacib öncəsi bunu edirsən? Birini sağ cinaha, birinə sola “tullamısan”. Ömründə müdafiədə oynamayanı ora qoyursan. Aləmi qatmısan, belə futbol olar? Bu nə deməkdir?
- Belə başa düşdük ki, istefanı qəbul edəcəksiniz?
- Əlbəttə, qəbul edəcəyəm. Niyə qəbul etməyim ki?
- Danışığınızdan baş məşqçinizdən əvvəl də narazı olduğunuz hiss olunur...
- Yox. Mən bəzi oyunlarda narazı qalmışam. Məsələn, “İnter” ölkə kubokunun yarımfinalındakı cavab oyunu. Onda da həmin şeyləri etmişdi. İlk görüş yaxşı keçdi, hamınız normal oynadığımızı gördünüz, səfərdə 0:0 hesablı bərabərliyə qaldıq. Bir həftədən sonra bütün taktikanı dəyişmək lazımdır? “Minks”lə Bakıda pis-yaxşı oynamışdıq. Heyəti yenidən dəyişib, belə vəziyyətə salmaq lazım idi?
- Bəlkə Süleymanov heyətdəki bu dəyişiklikləri məcburiyyətdən edib?
- Niyə? Bu, nə deməkdir? Futbolçularımızın hamısı sağ-salamatdır, heç birinin zədəsi yoxdur. O, işin içində deyil?
- Hər halda, Nazim Süleymanov xeyli vaxtdır futboldadır, böyük təcrübəsi var. O, heyəti necə müəyyənləşdirməyi, komandanın necə hazırlamağı yaxşı bilərək, onun uduzmasını istəməz...
- Bəli. O, baş məşqçidir. Axı mən onun işinə qarışmıram. Nə oyundan qabaq “ustanovka”ya gedirəm, nə deyirəm ki, heyətdə bunu, onu qoy. Ancaq nəticəni görün. Mən nəticə ilə danışıram, ayrı şeylə yox. Mən ilk hissədən sonra paltardəyişmə otağına gəlmədim, ömründə də getmirəm. Süleymanov qabaqcadan heyəti özü müəyyənləşdirir. Ancaq oyuna baxıb, görürəm ki, bunu düzgün etmir. “Minsk”lə oyunda belə oldu. Mən əsas heyətə baxan kimi, yanımda oturana dedim ki, vəssalam, oyun getdi.
- Yəni yarımmüdafiəçi Hüseyn Axundovun müdafiənin sağ, solaxay Nuqzar Kvirtiyanın yarımmüdafiənin sağ cinahına qoyulmasını nəzərdə tutursunuz?
- Bəs nədir? Belə şey olar? Bura bax, Hüseyn ömründə müdafiədə oynayıb?
- Hüseyn Axundov ümumiyyətlə, az oynayır, bu, avrokuboklarda debüt idi...
- O, ümumiyyətlə, az futbol oynayır. Keçən mövsümdə bizdə olmayıb. O, hazır olmaya-olmaya birdən-birə gətirib, belə vacib oyununda müdafiənin sağ cinahına qoy?
- Sağ cinah müdafiəçisi Ritus Krjaklis ilk oyunda zəif çıxış etmiş, buraxdığımız qolda səhvi olmuşdu...
- Əlbəttə. Nə isə...
- İsti başla qərar vermək çətindir. Emosiyalar sakitləşəndən sonra baş məşqçi məsələsi ilə bağlı nə qərar vermək fikrindəsiniz?
- Vallah, bir qərar verəcəyik də. Bundan nəticə çıxartmaq lazımdır . Nə deyə bilərəm?
- Hər halda, yerli məşqçiyə üstünlük verəcəksiniz, yoxsa əcnəbiyə?
- Yox. Mənim xarici məşqçi ilə işim yoxdur. Süleymanov hələ Bakıda demişdi ki, “Minsk”i keçməsəm, istefa verəcəyəm. Mən də nəinki onu, heç kimi komandada zorla saxlayacağam. İstefa verəcək, qəbul edəcəyik, qurtardı getdi.
- Namizədiniz varmı?
- Yox. Mən hələ bu haqda fikirləşməmişəm ki, kimisə gətirəcəyəm, kimisə qoyacağam. Axı belə bir söhbət olmayıb.
- Ancaq onu da nəzər alaq ki, Süleymanov mümkün istefasına hələ Bakıda oyundan öncə mətbuat konfransında işarə vurmuşdu. Həmin vaxtdan namizədlər haqda düşünə bilərdiniz...
- Yox. Uduza da bilərik, ancaq oyun tamam başqa cürə olardı. Ancaq siz oyunu gördünüz. Belə oyunla hara getmək olar?
- Yəni belə demək olar ki, komandanız yaxşı oynayaraq, uduzsaydı, Süleymanovun istefasını qəbul etməzdiniz?
- Əlbəttə, eləməzdim.
- Bütün günahı baş məşqçidə görmək də düzgün olmazdı. Sizcə, futbolçularda günah varmı? Onların meydanda göstərdiyi istək, can yandırmağından razı qaldırdınız?
- Mən bunu dəqiq deyə bilmərəm. Ola bilər ki, bir-iki futbolçu can yandırmadı. Ancaq futbolçularımız bacardıqlarını qoydular da. Hüseynin müdafiənin, Nuqzarın yarımmüdafiənin sağ cinahında bacardığı budur da. Onlardan bundan artıq nə tələb eləmək olar? Oyunu düzgün qurmaq lazımdır, ayrı şey yox. Komandanın oynaya bildiyini görmüşük, eyni heyətdir də. Sən bu komandanın oyun sistemini niyə pozursan ki? Pius İkedia oynayır da, niyə onu ehtiyatda saxlamısan ki? Enio Krastovçev 2 hissə oynamadı, tərpənmədi, onu niyə 90 dəqiqə meydanda saxlayırsan ki? Qardaş, bunu siz də görürsünüz, mən də. Məgər bundan ötrü professor olmaq lazımdır? Tutaq ki, mənim futboldan başım çıxmır, bir azarkeş kimi oturub futbola baxıram. Enio meydanda yalandan ora-bura qaçır, nə edir ki? Onu dəyiş də. Nə üzlə Bakıya gələcəyəm, onu bilmirəm. Allaha and olsun.
- Müdafiəçiniz Usim Nduka artıq 46-cı dəqiqədə birbaşa qırmızı vərəqə alaraq, komandanı daha çətin vəziyyətdə qoydu...
- Öz aramızdır, orda qırmızı vərəqə vardı? Rəqib qabaqda idi, Usim də arxadan gələrək, ayağına dəyib, yıxıldı. Buna götürüb, son ümid folu kimi qırmızı vərəqə göstərirsən. Orda qırmızı vərəqə deyilən bir şey yoxdur. Uzaqbaşı sarı vərəqə vermək olardı. Mənin arxamda UEFA nümayəndəsi ilə hakim-inspektoru oturmuşdu. Onlar da qırmızı vərəqə göstərilən anda başlarını buladılar, dərhal epizodu qeyd elədilər. İki dəfə isə onların hücumu zamanı ofsaydı buraxdı. Bunlar aşkar, yüz faiz idi. Mən də baxıram ki, komissarın gözü hakimdədir, səhvlərini qeyd edir. Əlbəttə, bolqar hakimlərdən narazı qaldım. O, məgər hakimlik idi?
- Ancaq komandanız 10 nəfərlə daha yaxşı təsir bağışladı, futbolçularınız daha ürəklə oynadılar, hətta qol da vurdu...
- Mən hələ çempionat bitən kimi, futbolçular istirahətdə olan zamanı demişdim ki, iyunun 5-6-da gəlməlidirlər. Gəlin 7-8-də ya Qızılcahama, ya da Baltikyanı ölkələrə gedək.
- Həmin vaxt Latviyada təlim-məşq toplanışı keçmək variantınız vardı. Bu, niyə reallaşmadı?
- Bəli, Latviya variantı vardı. Bizə sınaqçı-rəqib lazımdır, burda isə yoxdur. Hamısı səfərdədir. Gürcüstana zəng etdik, kiminləsə oynamaq üçün əla atmadığımız yer qalmadı. Ancaq oynaya bilmədik. Yox, dedilər ki, iyunun 12-13-ə kimi fiziki hazırlıqla məşğul olaq.
- Bunu baş məşqçiniz dedi?
- Bəli, xaricə getmək istəmədi.
- Bəs yeni transferlə problemlərlə nə ilə əlaqədar idi?
- Hazırlığa başlayandan 7 gün sonra UEFA-da püşkatma idi. Bu müddətdə hara gedəsən? Bilmirsən, hara düşəcəksən. Tez gedim ki, 5 gün sonra yenidən təyyarədən qaça-qaça gəlim? Alınmır, bunun viza məsələsi var. Mən bilsəydim ki, “Minsk”lə oynayacağam, arxayın gedərdim. Onsuz da postsovet məkanı ölkələrinə getməklə bağlı viza problemi yoxdur. Rəqiblərin əksəriyyəti Avropa ölkələridir. Onlardan biri ilə düşsəydim, 3-4 günə viza ala biləcəkdim? Dedim ki, baxışa futbolçuları da xaricdəki toplanışımıza çağıraq, orda yoxlayaraq, qərar verək. Xaricdən gələnlər üçün Bakının özünə bu dəqiqə viza almaq problemdir. Bunun üçün ora-bura getməlidir. Biri gəldi 5 gün İstanbulda qaldı, viza ala bilmirdi. Bir həftədən sonra aldı. Digəri isə ala bilmədiyini görüb, çönüb getdi. Bir yeni futbolçunu iştirak ərizəmizə sala bilmədik.
- Sizcə, komandanıza daha təcrübəli azərbaycanlı baş məşqçi lazım ola bilər?
- Azərbaycanda mütəxəssislər var, həmişə də olub. Sadəcə, biz öz məşqçilərimizin qədrini bilmirik. Mən bu müddətdə xaricdən məşqçi gətirilməsinin tam əleyhinəyəm. O, yalnız öz şəxsi mənfəətini güdür. Onunla Azərbaycan futbolunun inkişafı heç vaxt olmayacaq. Pulunu alacaq, sağa-sola xərcləyəcək, kimi istəyəcək gətirəcək. Min futbolçu yığışacaq. Bilirsiniz də bu zaman nələr baş verir. Ona görə də əcnəbi məşqçinin əleyhinəyəm. Qoy elə öz məşqçilərimiz işləsin, onlara imkan vermək lazımdır. Zərər yoxdur, yavaş-yavaş təcrübə yığacaq. Gənc məşqçilərimizi götürək. Arif Əsədov bu il “Neftçi” ilə çempion oldu. Qurban Qurbanov “Qarabağ”ı bürünc mükafatçı etdi, Avroliqada necə uğurla çıxış edir. Avrokuboklara çıxan 4 komandamızdan 3-ün baş məşqçisi özümüzünkülər idi. O biriləri də olaydı da. İlk “altılıq”da 3 yerli, 3 əcnəbi baş məşqçi oldu. Ancaq bizimkilərin hamısı komandalarını avrokuboklara çıxara bildilər. Bizim futbol o dərəcəyə hələ gəlib çatmayıb ki, doğrudan da xaricilərlə işləmək üçün zəmin yaransın. Mən tək öz klubu yox, bütün Azərbaycan futbolunu götürürəm. Komandada elə futbolçular olmalıdır ki, doğrudan da onları hazırlaşdırmaq üçün xaricdən yaxşı mütəxəssis çağırasan. Ölkəmizdə işləyən əcnəbi mütəxəssisləri götürüb, müqayisə edin.
- Adətən baş məşqçisinin istefasından onun ştabı da gedir. Süleymanovun köməkçilərini saxlamaq fikrindəsiniz?
- Əlbəttə, bu məsələyə baxılacaq.
- Yeni baş məşqçi özü ilə köməkçilər gətirəcək...
- Bəli. Ola bilər ki, Süleymanovun köməkçilərindən kimsə qaldı, kimsə də getdi. İndi bu haqda dəqiq heç bir şey demək olmaz.
- Növbəti çempionatımızın başlanmasına 1 aydan da az vaxt qalır. Hər şeyi yeni başlamaq lazımdır...
- Bəli, hər şeyi sıfırdan başlamalıyıq.
- Futbolçularınızdan kim bugünkü oyunu ilə öz sonuna qol çəkdi?
- Futbolçulardan nə günah görəsən?
- Məsələn mən Enio Krastovçevdə günah görürəm...
- O heç. Enionun 5-6 ayı qalıb. Yanvarda müqaviləsi qurtarır. Ancaq fikrimizdə var ki, daha bir futbolçu ilə yollarımızı ayıraq.
- Elə indi, müqaviləsi bitməmiş?
- Bəli.
- Onun adını bilmək olar?
- İndi onun adını çəkməyi fikirləşmirəm.
- Ancaq Krastovçevin müqaviləsinin bitməsini gözləyəcəksiniz...
- Əlbəttə, gözləyəcəyəm. Ancaq indən onun yerinə axtarışdayıq. Biz 2 yaxşı hücumçu götürməliyik. Artıq indidən bunu etməliyik.
- Yeni baş məşqçiniz gəlsə belə, mövsümlərarası fasilədə gətirdiyiniz yeni transferlər qalacaq?
- Baş məşqçi deməsə, kimisə çıxarıb, gətirmərəm. Sabah desin ki, sən gətirmisən, mən günahkar deyiləm ki. Elə deyil? Ona görə də baş məşqçi olmasa, heç bir yeni futbolçu gələ bilməz. O deməlidir ki, mən futbolçunu istəyirəm. Yoxsa mən oyunçu gətirim, o da sabah göndərsin. Elə şey ola bilməz. Biri var, o, komandanın özəyidir, qalıb oynayır. Bu, ayrı şeydir. Biri də var ki, yeni futbolçu götürürsən. Onun taleyini baş məşqçi həll etməlidir, mən yox.
- Necə hesab edirsiniz, kənarda qalan Ağasəlim Mircavadov kimi təcrübəli mütəxəssisimizi dəvət edib, onunla işləməyə dəyər?
- Mən bu suala cavab vermək istəmirəm. Kiməsə Mircavadov yaxındır, onunla işləmək istərdi. Bəli, yaxşı, güclü məşqçidir. Ancaq mən Mircavadovla işləyə bilmərəm.
- Niyə?
- İşləyə bilmərəm də, qurtardı getdi. Mən Mircavadovla işləmək istəmirəm. Azərbaycanda 1-2 ən yaxşı məşqçi varsa, biri odur. Bəli, Mircavadov ölkəmizin ən titullu məşqçisidir. Ancaq mənim öz fikrim var və baş məşqçini seçmək səlahiyyətini mənə verilibsə, Mircavadovu gətirmərəm.
- Mircavadovu nəyi xoşunuza gəlmir?
- Bunu açıqlamaq nəyə lazımdır ki. İndi mən başlayım, niyələri bir-bir açıqlayım? Buna ehtiyac görmürəm.
- Bəs Yunis Hüseynovla?
- Yox, onunla da işləmərəm. Yunislə yaxınam, xətrini istəyirəm. Ancaq onu da komandaya gətirməzdim.
- Ötən il “Abşeron”u çempionu kimi I diviziondan Premyer Liqaya çıxaran, sonradan ayrılmalı olan Mirbağır İsayev?
- Onunla mənim belə bir yaxınlığım yoxdur. Ancaq Mirbağır haqda bir söz deyə bilmərəm.
- Sizcə, baş məşqçi haqda nə vaxt qərar verilməlidir?
- Gələndən sonra oturub, düşünəcəyik.
- Sponsorunuz da fikrini bildirməlidir...
- Sponsor elə deyil ki, mənə bu yox, o yox desin. Yeni baş məşqçi haqda fikirləşmək lazımdır.
- Təbii ki, komandanızın Avroliqada çıxışı daha yüksək səviyyədə təhlil olunacaq...
- Söhbət bundan getmir. Nazim Süleymanov istefa verdiyini sizə deyib, mənə yox. Mənə oyundan dərhal sonra belə bir söz demədi. Bu, elə məsələdir ki, gəlməliyik, iclas olmalı, hamımız yığışmalı, müzakirə edilməli, onun fikri öyrənməli, sonda qərar verilməlidir. Yoxsa kimisə orda deyib, bu, rəsmi deyil. Yenə deyirəm ki, istefanın qəbul olunmamağı ilə bağlı söz ola bilməz. Gedəni saxlamazlar, yaxşı yol. Qalanın da komandamızda yer var. Müdafiəçimiz Elvin Əliyev getmək istədiyini dedi. Mən də onu fikrini dəyişməklə bağlı dilə tutmadım. Dedi ki, “Bakı”da yaxşı pul verirlər. Mən də onu transferə çıxardım. Dedim ki, hara gedirsən get, o yol, o da sən.
- Razı qaldığınız futbolçular kimlər oldu?
- Nigeriyalı futbolçumuz Viktor İkbekoyidən çox razı qaldım. Axıra kimi ürəklə oyandı, 90 dəqiqə qaçdı. Nduka qırmızı vərəqə alandan sonra onun yerinə çəkilərək, mərkəz müdafiəçisi oynadı. Qapıçımız Cahangir Həsənzadə ilk qolda topa çatmalı idi. Ancaq adamın üstündə Allah var, 2-ci hissədə yaxşı oyandı. Neçə dəfə yüzlük epizodlarda komandamızı qoldan xilas etdi. Başqa söhbət ola bilməz.
- “Minsk”in məsələsini ilk oyuna evdə həll etmək lazım idi...
- Əlbəttə. Baş məşqçinin bacarığı bunda bilinir. Görürsən ki, rəqib komanda əks-hücumda oynayır. Sən elə taktika seçib, əks-hücumda oynamalı idin. İmlan verməli idin ki, rəqib qabağa getsin. Qabağa Enisonu qoysun, o da heç nə etmədi.
- Hələ mövsüm baş məşqçinizi dəyişməklə bağlı müzakirə gedirdi. Bolqar mütəxəssis gətirəcəyiniz deyilirdi...
- Mən sizə bir söz deyim. Komandamız Süleymanovun rəhbərliyi altında 4-cü yeri tutub, nailiyyəti var, Avroliqaya çıxdı. Bu zaman mən onunla necə yollarımı ayırım? Bunu etsəydim, mənə necə baxacaqdınız? Qərarımı başa düşmək olardı?
- Yox.
- Qurtardı getdi. Süleymanov gələnə kimi AZAL 10-11-ci yerdə idi. Mövsümün yarısında gəldi, həmin çempionatı 7-ci yerdə bitirdi. Ötən mövsüm bitəndən sonra Süleymanovla yollarımızı ayırmaq heç gündəmdə olmayıb.
- Ancaq hansısa məqamlarda narazı olduğunu bildirdiniz?
- Bəli, onu edim. Ancaq bu, o demək deyil ki, Süleymanovla yolları ayırmalı idim.
- Onunla yeni müqavilə məsələsi nə yerdə idi?
- Nazimin özünə edim ki, nə vaxt istəyirsən, gəl müqaviləni uzat. Ancaq o, bunu etmirdi.
- Sizcə, niyə?
- Bilmirəm. Min dəfə dedim ki, istədiyin vaxt get, müqaviləyə qol çək. Mən bununla bağlı ona heç vaxt irad bildirmədim. Ona irad tutan yox idi ki, niyə bağlayırsan, yaxud bağlamırsan. Bu baxımdan problem yox idi. Mənə məşqçini çıxartmaq lazımdırsa, onun müqaviləsinin olmağına baxmayacaqdım. Gəlib söhbət edəcəkdim, razılaşmayacaqdıq, yola salacaqdıq, çıxıb gedəcəkdik.
- Müqaviləsi olan məşqçilər istefaya göndərildiyi zamanı təzminat istəyirlər...
- Biz Azərbaycanda yaşayırıq. Onun təminatı mən idim. Komandamız udub, 2-ci mərhələyə çıxsaydı, yenə həmin şey olacaqdı. Məgər Nazim Süleymanov uduzmaq istəyirdi? Yox, o da uduzmaq istəmirdi. Ancaq elə oyunu elə qurmaq lazım idi ki, belə uduzmayaq. Hələ yaxşı qurtardıq, 10 nəfər qalanda qalandan sonra darmadağın ola bilərik. Bütün məsələləri gəlib, yerində müzakirə edəcəyik.
Mehman SÜLEYMANOV

0
0