Avrokuboklarda III təsnifat mərhələsinin püşkü iyulun 15-də atılacaq
09.07.2011 - 12:41
Avrokuboklarda III təsnifat mərhələsinin püşkü iyulun 15-də atılacaq. Apasport.az saytının məlumatına görə, UEFA Çempionlar Liqasında (ÇL) və Avroliqada II təsnifat mərhələsinin bitməsini gözləməyərək, püşkatmanı gələn cümə günə keçiriləcək. Həmişə olduğu ilk olaraq Bakı vaxtilə saat 15:00-da ÇL-in püşkatması olacaq. Bundan saat yarım sonra isə Avroliqa iştirakçıları potensial rəqiblərinin adlarını biləcək.
Avroliqada ardıcıl 3-cü mövsümdür ölkəmizi uğurla təmsil edən “Qarabağ”ın II təsnifat mərhələsində Farer adalarının kubokunun qalibi “Streymur”u keçəcəyi heç kimdə şübhə doğurmur. Bu üzdən III mərhələnin iştirakçısı olacaq ağdamlılar iyunun 15-də rəqibini öyrənəcək. Avroliqada digər təmsilçimiz olan “Xəzər Lənkəran” kuboku qalibi olduğundan, mübarizəyə birbaşa II mərhələdən başlayacaq. Onu Təl-Əvivin “Makkabi” klubu ilə çətin sınaq gözləyir. Çempionlar Liqasında təmsilçimiz olan “Neftçi” də güclü rəqiblə - Zaqreb “Dinamo”su ilə görüşəcək. Onlar da 6 gün sonra püşkü izləyib, mümkün rəqiblərini biləcək və onunla görüşmək üçün çətin sınaqdan üzüağ çıxmalıdırlar.
Qeyd edək ki, avrokuboklarda qalan hər 3 təmsilçimiz II mərhələdə ilk oyunlarını səfərdə keçirəcəklər. “Neftçi” iyulun 13-də, “Xəzər Lənkəran”la “Qarabağ” bir gün sonra rəqiblərinin qonağı olacaq.

- "Fənərbaxça" Emre Belözoğlu ilə danışıqlara başladı - YENİLƏNİB
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki
0
0