“İnter” bu gün “Terek”lə oyunla Türkiyə hazırlığını bitirir
09.07.2011 - 13:09
Bakının “İnter” Türkiyədəki təlim-məşq toplanışını başa vurur. Apasport.az saytının klubun rəsmi saytına istinadən məlumatına görə, gürcü Kaxaber Sxadadzenin çalışdırdığı komandamız təlim-məşq toplanışında olduğu İsparta şəhərində bu gün sonuncu yoxlama oyunu keçirəcək. Rusiyanın Premyer Liqasında çıxış edən “Terek” klubu ilə görüş Bakı vaxtilə saat 21:00-da başlayacaq.
Bu, "İnter"in hazırkı toplanışda 3-cü oyunu olacaq. Komanda Ukraynanın "Metallurq" (Zaporojye) klubuna böyük hesabla qalib gəldi (4:0), ardından Türkiyə Superliqasının debütantı "Mersin İdman Yurdu" ilə 3:3 bərabərliyə qaldı.
Qeyd edək ki, iyulun 12-də vətənə qayıdacaq “İnter” 4 gün sonra yenidən ölkəni tərk edəcək. Bu dəfə Avstriyaya üz tutacaq paytaxt klubu iyulun 29-a kimi orada təlim-məşq toplanışında olacaq.

- "Fənərbaxça" Emre Belözoğlu ilə danışıqlara başladı - YENİLƏNİB
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki
0
0