Benuahi AZAL-dan ayrılır
09.07.2011 - 13:37
AZAL-ın yarımmüdafiəçisi Zohair Benuahi komandadan ayrıla bilər. Apasport.az saytının xəbərinə görə, futbolçu bu haqda istəyini Avropa Liqasının Belarus "Minsk"i ilə səfər matçından sonra dilə gətirib.
Hələ yayda komandadan ayrılıb daha güclü klublarımızdan birinə keçəcəyi gözlənilən futbolçu son anda avrokuboklarda iştirak etdiyi üçün AZAL-da qalmağa qərar verdi. Çətinliklə də olsa, onu razı salan paytaxt klubunun rəhbərliyi mərakeşli futbolçu ilə 1 illik müqavilə imzaladı. Lakin Avropa Liqasındakı uğursuz çıxış onun fikrini yenidən dəyişib. Hələlik, müqaviləsi olan futbolçunun AZAL rəhbərliyi ilə bu məsələni necə yoluna qoyacağı dəqiq bilinmir.

0
0