Joao Paulo: “Makkabi” ilə oyunlarda hər şey ola bilər
09.07.2011 - 14:34
“Xəzər Lənkəran” klubunun yeni transferi, portuqaliyalı futbolçu Joao Paulo Pinto Ribeyronun apasport.az saytının Avstriyaya ezam olunan əməkdaşına müsahibəsi
- “Xəzər Lənkəran”a keçidiniz necə alındı?
- Mirça Rednik Buxarestin “Rapid” klubunda baş məşqçim olub. Məni tanıyır, bacarığıma bələddir. Son mövsümü Kiprin “Olimpiakos” klubunda yüksək səviyyədə keçirdiyim üçün “Xəzər Lənkəran”dan dəvət aldım.
- Azərbaycana Portuqaliyadan nadir hallarda futbolçu gəlir. Təklif alanda, tərəddüd etmədiniz?
- Təbii ki, hər futbolçu Azərbaycan çempionatında oynamağa razılaşmır. Mənim baş məşqçi ilə söhbətim oldu. Rednik mənə “Xəzər Lənkəran”ın məqsədi və ideyası, qitə miqyasında iddialı komanda yaratmaq istədiyi haqda danışdı. Yəni, onunla ətraflı söhbətdən sonra ölkənizə gəlməyə razılıq verdim.
- “Boavişta”nın yetirməsi, vaxtilə İspaniyada “Tenerife”də oynamış futbolçu karyerasını ölkəmizdə davam etdirməyi necə qarşıladı?
- Təbii ki, bu ölkələr arasında paralellər apara bilmərəm. Çünki Azərbaycan çempionatını görməmişəm, müqayisə aparmaq çətindir. Amma bir çox dostlarımla söhbət etmişəm. Məsələn, vaxtilə “Xəzər Lənkəran”da oynamış Renato Keyruşla. Hazırda hər şeydən razıyam, komandadakı ab-hava məni qane edir. Gəlin, hər şeyi zamanın ehtiyacına buraxaq, düşünürəm ki, hər şey yaxşı olacaq.
- Bəs, Renato Moreyro Keyruş sizə Azərbaycan, “Xəzər Lənkəran” haqda nə danışıb?
- Ancaq xoş sözlər. Mənə deyirdi ki, “Xəzər Lənkəran”da oynamaq özü üçün böyük təcrübə oldu. Azərbaycandakı karyerasını həmişə xoş xatirələrlə xatırlayır. Deyirdi ki, “Xəzər Lənkəran” gənc olsa da, ölkədə ən iddialı klublardan biridir. O dövrlə indini müqayisə edəndə, təbii ki, komandanın iddiası da artıb.
- Ümumiyyətlə, Portuqaliyada Azərbaycan futbolu haqda hansı məlumata malikdirlər?
- Mətbuatda kifayət qədər informasiya yoxdur. Bu səbəbdən də, bir az məlumatsızlıq var. Amma futbolçular arasında söhbət düşəndə, çoxları ölkənizdə futbolun tərəqqidə olduğunu söyləyir. Şəxsən dostlarımla söhbətimdə mənə də deyiblər ki, Azərbaycan futbolu son illər inkişaf mərhələsindədir. Bilirsiz, əgər ölkənizdə portuqaliyalı futbolçular çox olarsa, onda mətbuat da Azərbaycan çempionatını müntəzəm izləyər.
- Söylədiniz ki, Buxarestin “Rapid” klubunda oynayanda baş məşqçiniz Mirça Rednik olub. Onunla tanışlığınız barədə nə deyə bilərsiniz?
- Redniklə tanışlığımız 4 il əvvələ təsadüf edir. Ötən mövsümü Azərbaycanda keçirib, bacarığına siz də bələdsiniz. Uğurlu mövsüm keçirdiyi üçün mənim onun haqda danışmağım artıq olar. Qarşıdakı mövsümdə daha uğurla çıxış etməyi düşünürük.
- Avstriya toplanışı çərçivəsində “Xəzər Lənkəran” yeni hücumçular alıb. Bu mənada ön xətdə rəqabətdən çəkinmirsiniz?
- Mən rəqabətdən çəkinən futbolçunu futbolçu saymıram. Mənim üçün komandanın uğuru daha önəmlidi. İstərdim oynadığım komandada hər mövqedə səviyyəli futbolçular olsun.
- Yeni transferlərdən biri Eder Bonifim braziliyalı olsa da, Portuqaliya klublarında da oynayıb. Onun potensialını necə qiymətləndirərdiniz? Sizcə, Eder komandaya məsul oyunlarda kömək edə biləcəkmi?
- Düzdür, Ederlə Portuqaliyada bir yerdə oynamışıq. Amma onu lap çoxdan tanıyıram. Vaxtilə “Benfika” Ederi öz sıralarına qatmışdı, potensialı göz qabağında idi. Rumıniyada keçirdiyi oyunlar da yadımdadır. Çempionlar Liqası, Avroliqa oyunlarında çıxış edib. Səviyyəli futbolçudur, düşünürəm ki, təcrübəsi ilə komandamıza faydalı olacaq.
- İlk ciddi sınağınız Avroliqanın II təsnifat mərhələsində “Makkabi” ilə olacaq. Belə güclü rəqibi keçmək şansını necə dəyərləndirərdiniz?
- Aydındır ki, “Makkabi” yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Onların oyunlarını izləyib, təhlil edəcəyik. Rəqibin güclü olması hər kəsə bəllidir, amma bizim də heyətimiz yaxşıdır. “Makkabi” ilə oyunlarda hər şey ola bilər. Təbii ki, səfərdəki qarşılaşmada bir az çətin olacaq. Çalışacağıq ki, Təl-Əvivdə yaxşı nəticə qazanaq.
- Azərbaycanın ən məşhur futbolçulardan biri olmuş Vəli Qasımov karyerasının bir hissəsini Portuqaliyada keçirib, burada daha da tanınıb. Maraqlıdır, belə bir futbolçumuzu tanıyırsınız?
- Yox, xatırlamıram. Yalandan sizə nəsə deyə bilmərəm.
İxtiyar ƏSGƏROV
İNNSBRUK

0
0