Tahir Süleymanovun yuxusu, Bəxtiyar Musayevin məntiqi...
09.07.2011 - 17:20
Bu il Çempionlar Liqasında (ÇL) "Neftçi" ilə təmsil olunacağıq. Lakin "ağ-qaralar" qətiyyən qitənin ən nüfuzlu turnirində mübarizə aparmağa hazırlaşan kollektivə bənzəmir. Paytaxt klubunun transfer bazarındakı passivliyi təəccüb doğurur. Turnirin ikinci təsnifat mərhələsində Zaqreb "Dinamo"su ilə üzləşməli olan flaqman hər şeyi həyatın axışına buraxıb.
Elitada çıxış edən istənilən klub mövsüm ərzində daxili yarışlarda yalnız öz azarkeşləri üçün oynayır. Amma beynəlxalq arenada vəziyyət başqa cürdü. Avrokuboka vəsiqə qazanan kollektiv bütün ölkəni, xalqımızı təmsil edir. Ona görə də, klublarımız qitəmiqyaslı yarışlarda çıxış etməyin məsuliyyətini dərk etməlidilər. Di gəl ki, bəzən təəccüb və sual doğuracaq durumlarla üzləşirik.
Yazının girişində də qeyd etdiyim kimi, "Neftçi"nin hazırkı görüntüsü paytaxt klubunun avrokuboka biganə yanaşdığını düşünməyə əsas verir. Əlbəttə, "Neftçi" camiəsi uğurlu çıxışı ilə xalqımıza sevinc bəxş etməyi arzulayır. Amma Tahir Süleymanovun "ÇL-nin qrup mərhələsinə düşmək istəyirik" deməsi ilə iş bitmir, axı. Bu gedişlə "ağ-qaralar"ın vitse-prezidenti qruplara qalmağı ən yaxşı halda yuxusunda görə bilər.
Avroliqadan fərqli, ÇL-də zəif rəqib tapmaq müşkül məsələdi. Ona görə də ölkə çempionatını qızıl medalla başa vuran kollektiv qitənin ən nüfuzlu turnirində irəli addımlamaq üçün güclənməyə məhkumdu. Bəs "Neftçi" nə edir? "Ağ-qaralar" bugünə kimi vur-tut bircə oyunçu alıblar - Saşa Stamenkoviç. Buna güclənmək deyirsiz, bəylər?! Məgər komandanın ən azı səviyyəli bir pleymeykerə ehtiyacı yoxdu? "Neftçi"nin heyəti belə güclüdü ki, siz papağınızı günə verirsiz?
Bildiyimizə görə, klub prezidenti Sadıq Sadıqov transfer məsələlərini 3 nəfərə həvalə edib - vitse-prezident Tahir Süleymanov, baş məşqçi Arif Əsədov və seleksiyaçı-məşqçi Bəxtiyar Musayevə. Amma sözügedən "trio"nun nə özləri işləyir, nə də kimsəni yaxına buraxırlar.
Məsələn, "əcnəbi ovu"na çıxan Musayev 15 gün okeanın o tayında gəzib-dolaşdıqdan sonra vətənə əliboş döndü. Özünü seleksiyaçı sayan birinin Braziliyada oyunçu tapa bilməməsi sadəcə, gülməlidi. "Sambaçılar" dünyanın dördbir yanına axın etiyi halda, Bəxtiyar bəy "Neftçi"yə uyğun birini tapa bilməyib. Daha doğrusu, sən demə, rastına çıxanların hamısının qiyməti baha olub. Çox məntiqsiz bəhanədi.
Deyək ki, Braziliyada oyunçular qeyb olublar. Bəs Avropadakılar? Bəs yerli oyunçular? Məgər uzağı 200-300 min dollara ən azı Uinston Parks səviyyəsində oyunçu tapmaq olmazdı? Və ya Elvin Məmmədovun "Neftçi"yə keçidini həll edə bilməzdiz?
"Neftçi" gələn həftə Zaqreb "Dinamo"su ilə ilk oyununa çıxacaq. Bu isə o deməkdi ki, artıq futbolçu transfer etmək gecdi. Yeni gələn oyunçunun komandaya uyğunlaşması üçün vaxt lazımdı. ÇL isə sınaq meydanı deyil.
İndi onlardan transfer məsələsindəki passivliklə bağlı kimi dindirsən, "Neftçi"nin əsas hədəfi yerli oyunçu yetişdirməkdi" deyəcək. Guya ki, buna görə yeni oyunçu almayıblar.
Bilirsiz necədi, oyunçu yetişdirmək söhbətini gözə soxmayın. Hazırkı anda bizə komandanın avrokubokda uğurlu çıxış etməsi lazımdı. Bunun üçün isə pul xərcləyib, güclənmək mütləqdi. Biz də istəyirik ki, Cavid İmamverdiyev, Mirhüseyn Seyidov, Tərlan Quliyev kimi futbolçular inkişaf etsinlər, yığmamızın aparıcı üzvlərinə çevrilsinlər. Amma hazırkı anda onlar çətin tapşırıqları həlledəcək səviyyədə deyillər. "Neftçi"nin mövcud heyəti ilə Avropada heç nə etmək olmaz.
Yeri gəlmişkən, Zaqreb "Dinamo"su üçün bu il əlamətdardı. "Neftçi"dəkilər agah olsun ki, Xorvatiyanın ən köklü klublarından olan rəqibimiz bu il 100 illik yubileyini qeyd edir.
1911-ci ildə yaradılan komanda hələ keçmiş Yuqoslaviyada çoxsaylı titulları sıralayıb. Xorvatiya müstəqillik qazandıqdan sonra "Dinamo" ölkəsinin ən titullu klubu olub. Belə ki, 14 dəfə Xorvatiya çempionatının qalibi olan Zaqreb təmsilçisi 2005-ci ildən bu yana çempionluqları sıralayır. "Dinamo"nun hesabında 11 ölkə kuboku var. Komanda son mövsümü həm çempionluq, həm də kuboku qazanmaqla "qızıl dubl" edib.
Zaqreb klubunun beynəlxalq miqyasda da uğurları var. Belə ki, "Neftçi"nin rəqibi UEFA kubokunun sələfi olan Yarmarkalar kubokunu 1966/67 mövsümündə qazanıb, 1962/63 mövsümündə isə finalçısı olub.
"Dinamo" ev oyunlarını 38923 tutumu olan "Maksimir" stadionunda keçirir. Mirko Barişiçin prezidenti olduğu kluba son mövsümdə tanınmış mütəxəssis Vahid Həlilhociç uğur qazandırsa da, o, rəhbərliklə problemi üzündən postundan getdi. İndi komandanın "sükanı arxasında" 42 yaşlı Krunoslav Yurçiçdi.
Gördüyünüz kimi, “ağ-qaralar”ın önündə son illər Luka Modriç, Eduardo da Silva kimi ulduzlar yetişdirən bir klub var. Belə bir rəqiblə üzləşəcəyini bilə-bilə güclənməmək heç bir məntiqə sığmır. Belə çıxır ki, "Neftçi" rəsmiləri avrokubokda çıxış etməyin məsuliyyətini anlamırlar.
Şamo

0
0