Ərəb şərti
09.07.2011 - 18:04
Ərəb şərti
Birləşmiş Ərəb Əmirliklərinin "Etihad Airways" şirkəti ilə müqavilə imzalayan "Mançester Siti"də müəyyən dəyişikliklər gözlənilir. Apasport.az saytının xəbərinə görə, ən ciddi dəyişiklik isə stadionla bağlıdır. Ərəb milyonçuları "şəhərlilər"in ev oyunlarını keçirdikləri mərkəzi arenanın adını dəyişərək "Etihad Stadium" qoyulmasını tələb edib.

Sponsorluq müqaviləsinin şərtlərinə əsasən aviaşirkət qarşıdakı 10 il ərzində "Mançester Siti"ni 150 milyon funtla təmin edəcək. Əvəzində isə şirkət rəhbərliyi ingilis klubunun əsas stadionuna "Etihad Stadium" adı verilməsini istəyir.

Qeyd edək ki, daha öncə premyer-liqa nəhənglərindən London "Arsenal"ı yeni stadionunun adını daşıması üçün "Emirates Hava Yolları" ilə 100 milyon funt-sterlinq qarşılığında 15 illik müqavilə bağlamışdı.