“Neftçi” – “Dinamo” oyunu 1 manata
09.07.2011 - 18:34
“Neftçi” – “Dinamo” oyunu 1 manata
"Neftçi" iyulun 19-da UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda Zaqreb "Dinamo"sunu qəbul edəcək. Apasport.az saytının xəbərinə görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma üçün biletlər bu gündən etibarən satışa çıxarılıb. Biletlərin qiyməti bütün sektorlar üçün 1 manat, VİP C və VİP D üçün isə 10 manatdır.

Biletləri bu gündən başlayaraq Tofiq Bəhramov adına Respublika stadionunun qarşısından, iyulun 13-dən isə "Dalğa Arena", "Park Bulvar"ın 1-ci mərtəbəsi, "Accesbank"ın Mərdəkandakı filialı, "Park Şüvəlan" və "Khazar Golden Beach"dən almaq mümkün olacaq.

Qeyd edək ki, "Neftçi" və "Dinamo" komandaları arasında keçiriləcək cavab görüşü saat 21:00-da start götürəcək.