Slavço Georgievski: Xorvatiya çempionundan qorxmuruq
09.07.2011 - 18:36
"Komandada əhval ruhiyyə yüksək səviyyədədir. Hazırlıq prosesindən çox razıyıq. Fikrimcə, toplantı çox səmərəli oldu". Apasport.az saytının xəbərinə görə, bunu hazırda Avstriyada təlim-məşq toplanışında olan "Neftçi" klubunun futbolçusu Slavço Georgievski deyib.
Makedoniyalı futbolçu Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi Zaqreb "Dinamo"su haqqında da danışıb: "Biz "Dinamo" ilə oyuna həm fiziki, həm də psixoloji tərəfdən hazırıq. Xorvatiya çempionundan qorxmuruq, sadəcə, rəqibə hörmət edirik. Çünki "Dinamo" son illərdə Avropada uğurlu çıxışı ilə seçilir, bu klubun böyük tarixi və adət-ənənəsi var. Güclü futbolçulara malik komandadır. Amma "Neftçi" də böyük klubdur, bizdə də səviyyəli futbolçular oynayır, bizim də gözəl tariximiz var. Ona görə də dediyim kimi, rəqibdən çəkinmirik. Növbəti mərhələyə yüksəlmək üçün əlimizdən gələni edəcəyik".

- “Fənərbaxça”nın yeni baş məşqçisi rəsmən açıqlandı
- "Fənərbaxça" Emre Belözoğlu ilə danışıqlara başladı - YENİLƏNİB
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
0
0