Aleksandr Pavlenko: Biz qələbə qazanmaq istəyirdik
10.07.2011 - 11:00
Aleksandr Pavlenko: Biz qələbə qazanmaq  istəyirdik
“Mən elə başa düşdüm ki, birinci hissədə sizin komandanızın heyətində əsas futbolçular oynadı, fasilədəsə onların yerinə yeni futbolçular və yaxın ehtiyat üzvləri meydana daxil oldular”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın "Terek" klubunun yarımmüdafiəçisi Aleksandr Pavlenko deyib.

O, Türkiyədə keçirilən təlim-məşq toplanışında olan Bakının “İnter” komandası ilə yoxlama oyunu haqda fikirlərini açıqlayıb. Pavlenko təmsilçimizin saytına danışıb: “Bunu oyunun gedişindən də başa düşmək olar. Birinci hissədə bərabər səviyyəli oyun getdi, lakin "İnter" yaradılan qol fürsətindən yararlana bildi, biz isə yox. Amma ikinci hissədə biz təşəbbüsü əla aldıq. Demək istərdim ki, oyunun yoldaşlıq statusu daşımasına baxmayaraq, biz qələbə qazanmaq istəyirdik. Etiraf edim ki, Azərbaycan çempionatını izləmirəm, lakin bununla belə, əminliklə söyləyə bilərəm ki, "İnter" ölkənizin ən güclü klublarından biridir. Görünür ki, "İnter" çox təcrübəli komandadır. Mənim fikrimcə, sizin komandanız növbəti mövsümdə ötən mövsümə baxanda daha yaxşı çıxış edəcək və fürsətdən istifadə edib "İnter"ə gələcəkdə uğurlar arzulayıram. Əlavə etmək istərdim ki, mən Moskvanın "Spartak" klubunda birgə çıxış etdiyim Valeri Abramidze və Georgi Lomayanı görməyə çox şad oldum. Onlar mənə Azərbaycan futbolu barədə məlumat veriblər”.