“Komandamıza yeni gələn oyunçulara çox işləmək lazımdır”
10.07.2011 - 13:02
“Biz əvvəldən və nəticələrdən asılı olmayaraq, oyunları iki heyətlə keçirməyi planlaşdırmışdıq. Bu gediş bizim toplanış proqramına daxil idi”. Apasport.az satının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcüstanlı mütəxəssisi Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Rusiya “Terek”i ilə keçirilən yoxlama oyunu haqda fikirlərini klubun saytına açıqlayılb: “Etiraf edirəm ki, birinci yoxlama görüşündə “Metallurq” klubunu 4:0 hesabı ilə məğlub etsək də, komandamız bu oyunda çox zəif təsir bağışladı. İkinci qarşılaşma bizim üçün daha yaxşı keçdi. “Terek”lə keçirilən görüşün birinci hissəsisə komandamızın irəliləyişini aydın göstərdi. Birinci hissədə yaxşı futbol sərgilədik”.
Çoxdandır bir yerdə oynayan futbolçuların bir-birini yaxşı başa düşməsi xoşuma gəldi. Sürətdə və hərəkətdə də çox artırmışıq, biz hətta bəzi məqamlarda rəqib komandanı üstələyirdik. Lakin ikinci hissədə meydana çıxan futbolçular çoxlu səhvlərə yol verdilər. Bu haqda mən onlara oyundan sonra da dedim. Bu futbolçulara və xüsusilə komandamıza təzə gələn oyunçulara öz üzərində çox işləmək lazımdır. Onlar başa düşməlidirlər ki, “İnter” klubunda öz işinə yanaşma tərzi və tələblər başqadır. Onlara komandamızın sərgilədiyi oyuna uyğunlaşmaq lazımdır. Onlarda öz işinə peşəkar yanaşma və çalışmalara böyük həvəs var. Bilirəm ki, buna uyğunlaşmaq üçün 3 həftə çox az müddətdir, amma oyunlar və məşqlərdəki tapşırıqlar bizə tez bir zamanda buna nail olmağa kömək edəcək”.

0
0