“Eyndhoven”in hücumçusu Azərbaycanda oynaya bilər
10.07.2011 - 14:31
“Eyndhoven”in hücumçusu Azərbaycanda oynaya bilər
Serbiyalı futbolçu Selmo Kurbeqoviç Azərbaycan çempionatında oynaya bilər. Apasport.az saytının xəbərinə görə, bu barədə hücumçu Hollandiya mətbuatına müsahibəsində deyib.

“Azərbaycan komandalarından biri mənim menecerimlə əlaqə saxlayıb” - deyə açıqlama verən Selmo həmin klubun adını açıqlamayıb.

Xatırladaq ki, müqavilə ilə Holandiyanın “PSV Eyndhoven” klubuna məxsus olan Selmo Kurbeqoviç son mövsümü icarə əsasında “Telstar”da keçirib.