“Bu uşağı söyən səfehlərin tənqidlərini ədalətsiz sayıram”
10.07.2011 - 20:06
“Bu uşağı söyən səfehlərin tənqidlərini ədalətsiz sayıram”
“Mən Lionel Messini müdafiə etmək istəyirəm. Bu uşağı söyən səfehlərin tənqidlərini ədalətsiz sayıram”. Apasport.az saytının məlumatına görə bu sözləri dünya futbolunun əfsanəsi Dieqo Maradona deyib.

Argentina milli komandasının sabiq futbolçusu və baş məşqçisi Amerika kubokunda qələbəyə həsrət qalan yığmanın lideri Lionel Messinin tərəfini saxlamağı lazım bilib: “Mən onu sakit olmağa çağırırram. Yadımdadır ki, 196-cı ildəki dünya çempionatı ərəfəsində tənbəllərdən başqa hamı məni tənqid edirdi. Nəıticədə isə bilitsiniz ki, necə oldu”.