“Xəzər Lənkəran” üçün Peter Cons
11.07.2011 - 09:09
“Xəzər Lənkəran” üçün Peter Cons
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 14-də keçiriləcək “Makkabi” – “Xəzər Lənkəran” oyununun ədalət təmsilçilərinin tam siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Təl-Əviv şəhərindəki “Bloomfield” stadionunda keçiriləcək görüşdə yunanıstanlı hakimlərlə yanaşı İngiltərə və Çernoqoriyadan olan UEFA rəsmiləri də iştirak edəcək.

Baş hakim: İlias Spathas
Baş hakimin köməkçiləri: Qriqorios Panou, Dimitrios Qoukos
Dördüncü hakim: Stavros Mantalos (hamısı Yunanıstan)
Hakim-inspektor: Peter Cons (İngiltərə)
UEFA nümayəndəsi: Milovan Cukanoviç (Çernoqoriya)

Mənbə: affa.az