Türkiyə məhkəməsi Əziz Yıldırım haqda qərar çıxardı
11.07.2011 - 09:35
Türkiyə məhkəməsi Əziz Yıldırım haqda qərar çıxardı
Türkiyə məhkəməsi “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım haqda qərar çıxarıb. Apasport.az saytının məlumatına görə, Yıldırım danışılmış oyunların təşkilində iştirak edən 26 şəxslə birgə məhkəmənin son qərarına kimi həbsdə olacaq. Səhhətində problemlər olan “Fənərbaxça”nın prezidenti Metris həbsxanasına gətirilib. “Trabzonspor”un prezidenti Sədri Sener də eyni aqibətlə üzləşib. İclas zamanı “Fənərbaxça”nın minlərlə azarkeşi küçəyə çıxaraq, öz rəhbərini dəstəkləyib.

Qeyd edək ki, istintaqı aparanlar 26 şəxsin ötən mövsüm Superliqa və 1-ci liqada 19 oyunun danışılmış xarakter daşımasını təsdiqləyən sübutlar əldə edib. Bunda ittiham olunanlar arasında milli komandamızın kapitanı Rəşad Sadıqovun “Əskişəhərspor”da baş məşqçisi olan Bülənt Uyğun, komanda yoldaşı olmuş, hazırda karyerasını bitərək idman direktoru çalışan Ümit Karan da var.