Braziliya milli komandası yarımfinala həsrət qaldı
11.07.2011 - 10:01
Braziliya milli komandası yarımfinala həsrət qaldı
Almaniyada keçirilən qadınlar arasında dünya çempionatında 1/4 finala yekun vurulub. Apasport.az saytının məlumatına görə, seçmə mərhələdə Azərbaycan milli komandasının tarixinin ən ağır məğlubiyyətini (17:0) rəsmiləşdirən İsveç yığması Avstraliyanı 3:1 hesabı ilə yenərək yarımfinal çıxıb. Dünyanın ən titullu komandalarında biri olan Braziliya isə ABŞ-la qarşılaşmada məğlub olaraq mübarizəni dayandırıb. Sambaçıları planetin ən yaxşı futbolçusu Martanın dublu da xilas etməyib və onlar 2:2 hesabı ilə bitən matçın penaltilər seriyasında 3:5 hesabı ilı uduzublar.

Qeyd edək ki, iyulun 13-də baş tutacaq yarımfinallarda Yaponiya – İsveç və Fransa – ABŞ matçları keçiriləcək.