Qyoko Hacıyevskini Azərbaycana qayıtmağa qoymadılar
11.07.2011 - 09:49
Azərbaycan milli komandasının növbəti rəqibi olan Makedoniya yığması baş məşqçi axtarışlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Makedoniya Futbol Federasiyası (MFF) bu posta 3 namizədi müəyyənləşdirib. Bunlar almaniyalı Klaus Augentaler, xorvatiyalı Miroslav Blajeviç və fransalı Alen Jiressdir. MFF rəhbərliyi hər 3 mütəxəssislə millidə işləmək variantı ilə bağlı ilkin danışıqlar aparıb. Yeni baş məşqçi təyinatının iyulun ortasında ediləcəyi gözlənilir.
Mirsad Yonuzu istefaya göndərəndən sonra baş məşqçi postu vakant olan Makedoniya yığması sabiq çalışdırıcı Qyoko Hacıyevskini də qaytarmağı planlaşdırırdı. Ancaq göründüyü kimi, namizədləri konkretləşdirən makedoniyalılar ona tarixində ən çox xal qazandıran, ölkəmizə “Bakı” və “Simurq” klublarında işləmiş təcrübəli həmyerliləri ilə yenidən çalışmaqda maraqlı olmadılar. Bu isə Hacıyevskinin ölkəmizə qayıdası olmayacağı deməkdir.
Qeyd edək ki, Makedoniya avqustun 10-da Bakıda yığmamızla yoldaşlıq görüşü keçirəcək.

0
0