Vaslav Krondl “Neftçi”nin oyununda
11.07.2011 - 10:10
Vaslav Krondl “Neftçi”nin oyununda
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək “Dinamo” – “Neftçi” oyununun ədalət təmsilçilərinin tam siyahısı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, iyulun 13-də Xorvatiyanın Zaqreb şəhərindəki “Maksimir” stadionunda baş tutacaq qarşılaşmaya fransalı hakimlər briqadası ilə yanaşı İsveç və Çexiyadan olan UEFA rəsmiləri də təyinat alıb.

Baş hakim: Antoni Qottye
Baş hakimin köməkçiləri: Mihael Annonier, Kristofe Kapelli
Dördüncü hakim: Ruddi Buque (hamısı Fransa)
Hakim-inspektor: Vaslav Krondl (Çexiya)
UEFA nümayəndəsi: Sune Hellströmer (İsveç)

Mənbə: affa.az