Dünya və Avropanın ən yaxşı futbolçusu karyerasını bitirdi
11.07.2011 - 10:17
Dünya və Avropanın ən yaxşı futbolçusu karyerasını bitirdi
İtaliya milli komandasının sabiq kapitanı Fabio Kannavaronu futbolçu karyerasını bitirdiyini elan edib. Apasport.az saytının məlumatına görə, 38 yaşlı müdafiəçi buna səbəb kimi dizindəki zədəni göstərib. Kannavaro Dubayda keçirdiyi mətbuat konfransında qərarını açıqlayıb: “İstirahət zamanı zədəmi bərpa etməyə çalışdım. Ancaq Mayamidə olduğum zamanı başa düşdüm ki, hətta yüngül qaçış ağrılar yaradır. Klubunda daha 3 il qalacağam. Bu müddətdə müşavir funksiyasını daşıyacağam”.

Karyerası boyu vətənində “Napoli”, “Parma”, “İnter”, “Yuventus”, İspaniyada “Real”da oynayan Fabio son vaxtlar Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əhli” klubunda oynayırdı. O, Dubayda həmyerlimiz, masajçı Faiq Hüseynovla birgə çalışıb.

Qeyd edək ki, Kannavaro yığması 2006-cı ildə dünya çempionu olan zamanı kapitan kimi kuboku başı üzərinə qaldırıb. Müdafiəçi həmin ildə həm dünyanın, həm də Avropanın ən yaxşı futbolçusu seçilib. Fabionun klub karyerasında titulları İtaliya kuboku və Superkuboku, İspaniya çempionluğu və Superkuboku, UEFA kuboku olub.