Qus Hiddinkin köməkçisi Vaqif Sadıqovla çalışacaq
11.07.2011 - 10:28
Qus Hiddinkin köməkçisi Vaqif Sadıqovla çalışacaq
Azərbaycanlı Vaqif Sadıqovun çalışdığı Rusiyanın “Anji” klubunun məşqçilər korpusunda dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Türkiyə milli komandasının baş məşqçisi Qus Hiddinkin uzun müddət köməkçisi olmuş Arno Filips bundan sonra Mahaçqala təmsilçisində işləyəcək. Fiziki hazırlıq üzrə çalışan 35 yaşlı hollandiyalı mütəxəssis yeni komandasının təlim-məşq toplanışında olduğu Avstriyaya gəlib. Filips futbolçuların zədədən sonra bərpa prosesinə və fiziki kondisiyalarına cavabdeh olacaq.

Qeyd edək ki, Filips Hiddinklə Cənubi Koreya, Avstraliya, Rusiya yığmasında birgə işi ilə tanınır. O, Rusiya yığmasının məşqçisi kimi DÇ-2010-un seçmə mərhələsində milli komandamızla görüşərək, Bakıya gəlib.