“Neftçi”yə ilk oyunda ən azı 2:0 hesabı ilə qalib gəlməliyik”
11.07.2011 - 11:00
“Neftçi”yə ilk oyunda ən azı 2:0 hesabı ilə qalib gəlməliyik”
“Neftçi”ilə ilk oyunda ən azı 2:0 hesabı ilə qalib gəlməliyik. Bu cavab oyunu ərəfəsində yaxşı nəticə olardı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiya çempionu “Dinamo”nun futbolçusu Luis İbanyes deyib.

Argentinalı futbolçu Çempionlar Liqasının II təsnifat mərhələsinin “Neftçi” ilə iyulun 13-dəki matç haqda fikirlərini açıqlayıb: “Mən tribunalarda boş yer olacağını təsəvvürümə belə gətirmirəm. Çünki azarkeşlərimiz bu matçı səbirsizliklə gözləyir. Bu matçda daha çox hücuma qoşulmaq istəyirəm. Lakin ilk növbədə müdafiədəki işimi görməliyəm”.