Devid Bekhemin qız arzusu çin oldu
11.07.2011 - 11:14
Devid Bekhemin qız arzusu çin oldu
Dünyanın ən məşhur futbolçularından olan Devid Bekhemin ailəsində əlamətdar hadisə baş verib. Apasport.az saytının məlumatına görə, karyerasını ABŞ-ın “Loc-Anceles Qalaksi” klubunda davam etdirən 36 yaşlı ingilis yarımmüdafiəçinin qız atası olmaq arzusu çin olub. Devidin mətbuat katibi Saymon Oliveyranın verdiyi məlumata görə, futbolçunun Los-Anceles şəhərindəki “Sidar-Sinay” xəstəxanasında yeni doğulan qızı 3,459 kiloqram çəkiyə malikdir.

Qeyd edək ki, tanınmış müğənni Viktoriya ilə uzun müddətdir ailə həyatı quran Bekhemin indiyə olan 3 övladı oğlandır. Onların müvafiq olaraq 11, 8 və 5 yaşı var.