Azərbaycanlı yerində, braziliyalının 100-ə bir addımı qaldı
11.07.2011 - 11:38
Azərbaycanlı yerində, braziliyalının 100-ə bir addımı qaldı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən məhsuldar qapıçılarının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, uzun müddətdir siyahıya başçılıq edən braziliyalı qapıçı Rojerio Seni 100 qol həddinə lap yaxınlaşıb. Vətənində “San-Paulo” klubunda oynayan 38 yaşlı qapıçı karyerasında 99-cu qolunu vurub. Seni bunun 45-i penaltidən, 54-ü oyundan fərqlənib.

Qeyd edək ki, siyahıda xeyli vaxtdır yer alan azərbaycanlı qapıçı Nizami Sadıqov əvvəlki tək 13-cü yerdədir. Tovuzun “Turan” klubunun sabiq qapıçısının hesabında 21 qol vurub. Artıq qapıçılarla məşqçi işləyən 44 yaşlı Sadıqov 12 dəfə penaltidən, 9 dəfə oyundan qol vurub.