Zaqrebdə Arif Əsədov üçün əlamətdar hadisə
11.07.2011 - 12:01
Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək ilk oyun Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Xorvatiya “Dinamo”su ilə Zaqrebin “Maksimir” stadionundakı qarşılaşma yubileylə əlamətdar olacaq. Belə ki, 41 yaşlı mütəxəssis “Neftçi”ni 50-ci oyununa çıxaracaq.
İndiyədək “ağ-qaralar”a 49 matçda rəhbərik edən Əsədov 23 qələbə, 17 heç-heçə və 9 məğlubiyyətə şahid olub. Bu isə o demkdir ki, “Neftçi”nin baş məşqçisi kimi 25-ci qələbə və 10-cu məğlubiyyət də o qədər uzaqda deyil.
Mütəxəssisin “Neftçi”də keçirdiyi 49 oyuna gəlincə, bunların 47-də rəsmən baş məşqçi olan Əsədov 2 dəfə bu vəzifəni icra edib. Bu, 2009-cu ilin sentyabrında baş verib. Həmin vaxt sağlamlığında yaranan problemlə bağlı istefa verən baş məşqçi Böyükağa Ağayev “Muğan”la qarşılaşmadan sonra klubdan ayrılmalı olmuşdu. Rəsmi sənədlərdə hələ 2 tur Ağayevin adı baş məşqçi kimi qalsa da həm məşq, həm də oyunlarda bu funksiyanı məhz Əsədov icra edirdi. “Standard” və “Simurq”la qarşılaşmalardan sonra bu posta təyin olunan Vaqif Sadıqovun gəlişi ilə Əsədovun “Neftçi”yə rəhbərliyinin ilk, həm də qısa dönəmi başa çatdı.
2010-cu ilin martında artıq Sadıqovu əvəzləyən yubilyar o vaxtdan komandasını daha 47 görüşə çıxarıb. Yalnız ölkə çempionatı və kubokunda iş başında olan çalışdırıcının beynəlxalq arenadakı debütü isə yubileylə əlamətdar olacaq.

2009/10 | Premyer Liqa (baş məşqçi əvəzi) | 2 | 1 | 0 | 1 | 2-2 | 3 |
| Premyer Liqa | 10 | 2 | 6 | 2 | 5-6 | 12 |
| Kubok | 2 | 0 | 0 | 2 | 1-5 | 0 |
2010/11 | Premyer Liqa | 32 | 19 | 10 | 3 | 53-17 | 67 |
| Kubok | 3 | 1 | 1 | 1 | 7-6 | 4 |
Cəmi | Premyer Liqa | 44 | 22 | 16 | 6 | 60-25 | 82 |
| Kubok | 5 | 1 | 1 | 3 | 8-11 | 4 |
| yekun | 49 | 23 | 17 | 9 | 68-36 | 86 |
0
0