Yozef Blatter: Danışılmış oyunlarda iştirak edənlər ömürlük cəzalanmalıdır
11.07.2011 - 12:42
Yozef Blatter: Danışılmış oyunlarda iştirak edənlər ömürlük cəzalanmalıdır
FİFA prezidenti Yozef Blatter futbola xələl gətirənlərlə bağlı kəskin çıxış edib. Apasport.az saytının məlumatına görə, dünya ali futbol qurumunun başçısı danışılmış oyunlarda iştirak edən və onu təşkil edənləri, habelə totalizatorda oynayan futbolçu və məşqləri ömürlük cəzalandırmaq təşəbbüsü ilə çıxış edib: “Bu vəziyyətdən çıxış yolu kimi çirkin işlərlə məşğul olanları ömürlük diskvalifikasiya etməyi təklif edə bilərik. Bu, onun futbolçu, məşqçi, hakimin olmasından asılı olmamalıdır. Bu məsələ həddən artıq şəxsidir və biz FİFA-da bununla narahatıq. Biz bu və ya digər futbolçu, yaxud məşqçinin pul qoyuluşu etməsi ilə məlumat almışıq və bunu almaqda davam edirik. Buna görə də sərt və cəsarətli hərəkət etmək lazımdır”.

Qeyd edək ki, hazırda dünyanın diqqəti Türkiyə futbolunda danışılmış oyunlara yönəlib. Nəticədə bununla məşğul olmaqda ittiham olunan 26 futbol adamı həbs edilib.